Polşanın inşaat sektoru "BakuBuild Azerbaijan 2018” sərgisində

Polşanın inşaat sektoru "BakuBuild Azerbaijan 2018” sərgisində

23 oktyabr 2018 0000

Azərbaycanın paytaxtında təşkil edilən „BakuBuild Azerbaijan 2018” sərgisində bir qrup sahibkar Polşanın inşaat sektorunun təmsil edir. Sektorun imkan və potensialını şirkətlərlə yanaşı „Tikinti və təmir” təbliğat proqramını həyata keçirən Polşanın İnvestisiya və Ticarət Agentliyi (PİTA) də təqdim edir.

PİTA tərəfindən altıncı dəfə nümayiş etdirilən məlumat-təbliğat xarakterli vahid ölkə stendi daha öncə Kiyev, Moskva, İstanbul, Almatı və Minsk şəhərlərində təşkil olunmuşdur.

Bu il keçirilən sərgidə Polşanın aparıcı „Art-Metal”, „Comensal”, „Klinsgpor”, „Kubala”, „Olan” və „USTM” şirkətləri öz təkliflərini irəli sürəcəkdirlər. Azərbaycan bazarına maraq göstərən polşalı iş adamları artıq bir neçə aydır ki, Bakıda fəaliyyət göstərən PİTA-nın Xarici Ticarət Nümayəndəliyinin dəstəyindən də yararlana bilərlər.  

Bildiyimiz kimi, Polşa ilə Azərbaycan arasında əməkdaşlıq üçün geniş iqtisadi potensial mövcuddur. Azərbaycanın xarici sərmayələrə açıq bir ölkə olması, burada iş adamları üçün əlverişli investisiya mühitinin yaradılması səbəbindən Polşa iş adamlarının Azərbaycan bazarına olan marağı artmışdır. Bizim də əsas məqsəd və vəzifəmiz bu potensialdan faydalanaraq, iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsinə töhfə vermək, MDB, Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinin 600 milyonluq müştəri bazarına çıxış imkanına malik olan Azərbaycanda Polşa şirkətlərinə lazımi köməklik və dəstək göstərməkdir. Əminəm ki, “BakuBuild Azerbaijan” kimi sərgilər iki ölkə arasında işgüzar əlaqələrin daha da genişlənməsinə xidmət edəcəkdir” – Bakıdakı Xarici Ticarət Nümayəndəliyinin direktoru Elnarə Məmmədova qeyd edir.  

Polşanın İnvestisiya və Ticarət Agentliyi 23 oktyabr tarixində Bakı Ekspo Mərkəzində KİV nümayəndələri və iş adamları üçün nəzərdə tutulan və ölkənin inşaat sənayesi haqqında bəhs edən təqdimat və mətbuat konfransı keçirəcəkdir.

24-cü Azərbaycan Beynəlxalq İnşaat Sərgisi „BakuBuildAzerbaijan 2018” 23-26 oktyabr 2018-ci il tarixlərində Bakı Ekspo Mərkəzində təşkil edilir.

Mənbə: Polşa İnvestisiya və Ticarət Agentliyi (PİTA)


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN