Pandemiyadan sonra sərgilərə maraq xeyli artıb

Pandemiyadan sonra sərgilərə maraq xeyli artıb

22 oktyabr 2021 0000

Yeganə Abdullayeva, "Embawood" şirkətinin dizayneri (Azərbaycan)

Mən memar-dizaynerəm və əməkdaşlıq imkanlarını müəyyənləşdirmək ümidi ilə “BakuBuild” sərgisinə gəlmişəm. Burada çox maraqlı istiqamətlər var. Gələcəkdə daha çox inşaat şirkətlərinin və mebel istehsalçılarının sərgidə iştirakını istərdim.

Sərgini bəyəndim. Düşünürəm ki, pandemiyadan sonra bu cür tədbirlərə maraq artıb. İnsanlar daha çox peşəkar təmaslarla maraqlanır, canlı ünsiyyətə üstünlük verirlər. Bu sərgidə bir çox maraqlı innovativ stendlər var. Xüsusilə Qarabağda tikinti layihələrinin təqdim olunduğu stendləri çox bəyəndim. İsa Bulağının suyu təklif edilən “Azərsu” ASC-nin stendi diqqətimi cəlb etdi. Tez -tez sərgilərə baş çəkirəm, bu mənə potensial işgüzar əlaqələrin sayını artırmaq, yeni texnologiyalar tapmaq və təcrübəmi bölüşmək imkanı verir.


Baş sponsor

Rəsmi Bank

RƏSMİ OUTDOOR REKLAM TƏRƏFDAŞI

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN