Muratbay Baltabayev, “Karakalpak Gis nikus izvest LLC” (Özbəkistan) şirkətinin meneceri
Mən iş adamıyam və Bakıya ilk dəfədir ki, gəlmişəm. Azərbaycanın inşaat sənayesi sürətli templə inkişaf edir. Şəhər bunu sübutudur. Sərgi yaxşı tədbirdir. Ziyarətimin məqsədi bazarı təhlil etməkdir. Məni öz layihələrimdə tətbiq edə biləcəyim keyfiyyətli inşaat materialları və tikinti üçün avadanlıqlar maraqlandırır. Ekspozisiyada nümayiş olunan fasad kərpiclərini çox bəyəndim. Özün üçün sərfəli təkliflər tapmaq, ilk növbədə, yerli şirkətlərlə əlaqələr qurmaq niyyətindəyəm. Sərginin təşkilatçılığı yüksək səviyyədədir. Əlverişli ab-hava səmərəli işə kömək edir.