Ulan Dosmaqametov, “Kin Long” şirkətinin satış üzrə meneceri
- “Kin Long” şirkəti şüşə üçün ləvazimatların istehsalı sahəsində qlobal liderdir. Biz Azərbaycanda keçirilən sərgidə “planar” şüşə üçün “spayder” və kabel sistemlərini, PVX və alüminium profilli qapı və pəncərələr üçün ləvazimatlar, tam şüşəli qapılar, arakəsmə və duş kabinələri, şüşə örtüklər üçün aksessuarlar, pilləkən sürahiləri və vanna otaqları üçün bərkidicilərin geniş çeşidini təklif edirik. Bizim məhsulların hamısı paslanmaz poladdan hazırlanır.
Şirkət dünya bazarında yaxşı tanınıb. Dünyanın ən yüksək binası olan Dubaydakı Bürc-Xəlifənin giriş hissəsinin fasadının bir hissəsi, eləcə də Çinin paytaxtında yerləşən “Quş yuvası” milli stadionunun fasadı, Nyu-York şəhərindəki bir sıra biznes mərkəzləri və sair tikililər bizim “spayder” sistemindən istifadə edilməklə üzlənib. Çində yerləşən bütün hava limanlarının yarısından çoxu “Kin Long” şirkətinin “spayder” sisteminin tətbiqi ilə üzlənib.
Biz sərgidə ikinci dəfə iştirak edirik. Şirkətin artıq Azərbaycanda dileri var. Peşəkar auditoriya, tikinti təşkilatlarının nümayəndələri bizim stenddə şirkətin məhsulları ilə tanış ola, zəruri məsləhətlər ala bilərlər. Sərgidə iştirak etməkdə əsas məqsədimiz Azərbaycanda yeni müştəri axtarmaqdır.