İstənilən sahənin mütərəqqi inkişafı

İstənilən sahənin mütərəqqi inkişafı

25 oktyabr 2018 0000

Aleksandr Skoroxodov, Belarus

- Mən bu sərgiyə inşaat ekspertizası sahəsinin mütəxəssisləri - yol inşaatçıları, istilik texnikləri və konstruktorlar ilə birlikdə gəlmişəm. Bu sahənin inkişafı barədə daim məlumatlı olmaq üçün biz tez-tez müxtəlif ölkələrdə keçirilən sərgiləri ziyarət edirik və Bakı da bu baxımdan istisna olmadı. Yüksək təşkilatçılıq səviyyəsinə görə minnətdarlığımızı bildiririk. İstənilən istehsal sirri, eləcə də texnologiyalar, materiallar, ideyalar, habelə ekspertiza və xidmətlər, bir sözlə, istənilən məsələ bizim üçün maraqlıdır. Mən proqramçıyam və məni proqram təminatları maraqlandırır. Ümid edirəm ki, bu istiqamətdə maraqlı nə isə tapa biləcəyəm. Sərgi bir sıra maraqlı və faydalı məlumatları toplamaq üçün rahat bir mühitdir. Mən çox şadam ki, bu gün Belarusun stendindən bizə tanış olan həmyerlilərimiz öz ölkəmizdə bilmədiyimiz yeni məhsullar ilə bizi təəccübləndirdilər. Bu isə bir daha təsdiq edir ki, sərgi istənilən sahədə əvəzolunmaz mütərəqqi inkişaf vasitəsidir.


Baş sponsor

Rəsmi Bank

RƏSMİ OUTDOOR REKLAM TƏRƏFDAŞI

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN