İstənilən növ, diametr və standartlar üzrə sertifikatlaşdırılmış armaturlar

İstənilən növ, diametr və standartlar üzrə sertifikatlaşdırılmış armaturlar

25 oktyabr 2018 0000

Fatimə Süleymanova, “Abris” şirkətinin direktoru

- Şirkətimiz 2007-ci ildə tanınmış “JSW Group” brendinin Gürcüstana investisiya yatırması nəticəsində təsis edilmiş “Geosteel” (Rustavi) zavodunun məhsullarının idxalı ilə məşğuldur. Biz istənilən növ, diametr və standartlar üzrə sertifikatlaşdırılmış armaturların satışını həyata keçiririk. Böyük  potensiala malik olan zavodumuz Azərbaycana ən yaxın olan yeganə belə müəssisədir. Bizim məhsulların üstünlükləri barədə isə çox danışmaq olar. Keyfiyyət sertifikatı və idarəetmə sistemləri bunu sübut edir, lakin əsas nailiyyət kimyəvi tərkib barədə uyğunluq sertifikatıdır. Bu sertifikatı Azərbaycan ərazisində heç bir şirkət vermir. Armaturun tərkibi uzunömürlülük baxımından vacib əhəmiyyət kəsb edir. Bizim materiallar tanınmış obyektlərin – “Port Baku”, Heydər Əliyev Mərkəzi və  “Four Season” otelinin tikintisində istifadə edilib.

Biz sərgidə debüt edirik. Şirkətin Azərbaycanda tərəfdaşları da var - bunlar “Pasha Consruction” və “Ustay” şirkətləridir. Lakin biz sərginin köməyi ilə tərəfdaşların sayını artırmaq niyyətindəyik. Ziyarətçilərə dəqiq məlumat vermək üçün stendə zavodun tam avtomatlaşdırılmış istehsal prosesinin nümayiş olunduğu monitor yerləşdirmişik. Sərginin ilk iş gününün nəticələrindən razıyam, biz qarşıya qoyduğumuz məqsədlərə nail olmuşuq və potensial tərəfdaşlar ilə əlaqələri yeniləmişik.


Baş sponsor

Rəsmi Bank

RƏSMİ OUTDOOR REKLAM TƏRƏFDAŞI

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN