İnşaatçılar üçün ən yaxşı həll - EFECE galvanizli polad məhsulları

İnşaatçılar üçün ən yaxşı həll - EFECE galvanizli polad məhsulları

13 oktyabr 2021 0000

Efe Demircan, “EFECE Galvanized Steel Manufacturing & Trade Co” şirkətinin İdarə heyətinin sədri

-  “EFECE Galvanized Steel Manufacturing & Trade Co” şirkəti “BakuBuild” sərgisində Türkiyənin Manisa şəhərində istehsal olunan məhsullarını nümayiş etdirəcək (tsinklənmiş borular, profillər, içiboş profillər, PVX pəncərə armaturları üçün açıq formalı profillər, trapesiyaşəkilli lövhələr, istixana novları, yağış novları və s.).

Məqsədimiz Azərbaycandakı müştərilərimizə inşaat, dam örtükləri və üzləmə, tikinti materialları, PVX pəncərə istehsalı, hasar panelləri, kənd təsərrüfatı avadanlıqları və istixana tikintisi kimi bir çox sektorda tsinklənmiş polad satınalmaları üçün ən yaxşı həll variantını təqdim etməkdir.

“EFECE Galvanized Steel Co” şirkəti kimi PVX pəncərələrin möhkəmləndirilməsi üçün profillər, hasar dirəkləri, dam örtükləri üçün həll variantları, konstruksiya boruları və içiboş profillər də daxil olmaqla, rəqabət qabiliyyətli və geniş çeşidli tsinklənmiş polad məhsullarımızla Qarabağ bölgəsinin inkişafına dəstək olmaqdan məmnun olarıq. “BakuBuild” sərgisində məhsul çeşidimizdən bəzi nümunələri göstərməkdən qürur duyuruq.

Əvvəlcədən tsinklənmiş materialın ilkin dəyəri polad üçün nəzərdə tutulan bir çox digər qoruyucu örtüklərə nisbətən daha aşağıdır. Tsinklənmiş polad daha uzunömürlü olur və daha az texniki baxış tələb edir və buna görə də, hazırda Qarabağda böyük tələbat doğuran geniş tətbiq sahəsinə malikdir.

Ekspertlər və qlobal bazar iştirakçıları ilə üz-üzə görüşmək imkanı baxımından ixtisaslaşdırılmış sərgilər həmişə məhsuldar olur. “COVID-19” pandemiyasından irəli gələn məhdudiyyətlər səbəbindən beynəlxalq sərgilərdəki iştirakımızı ləğv etməli və ya təxirə salmalı olduq. Bəzi bölgələrdə hətta virtual sərgilərdə də iştirak etdik. Lakin onu da qeyd edim ki, bu virtual tədbirlər ənənəvi sərgiləri əsla əvəz edə bilməyəcək.


Baş sponsor

Rəsmi Bank

RƏSMİ OUTDOOR REKLAM TƏRƏFDAŞI

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN