İnşaat, mədən və neft sənayesi üçün təkliflər

İnşaat, mədən və neft sənayesi üçün təkliflər

20 oktyabr 2021 0000

Marina Fadeyeva, “Qalen” şirkətinin satış şöbəsinin müdiri

Şirkət inşaat, mədən və neft sənayesi üçün kompozit məhsulların istehsalı ilə məşğuldur. Şirkətimizin artıq iyirmi yaşı var.

Bu gün stendimizdə “Qalen” şirkətinin məhsullarını nümayiş olunur. Bunlar kərpic işləri üçün çevik birləşmələr, ənənəvi və əvvəlcədən gərginləşdirilmiş tikinti strukturlarını və elementlərini gücləndirmək üçün nəzərdə tutulmuş “ROCKBAR” kompozit armaturudur. Burada kərpic hörgüsü, üst mərtəbələr üçün “ROCKMESH” kompozit torları təqdim edilir. Bu məhsul ənənəvi metal torları əvəz etmək üçün nəzərdə tutulub, müxtəlif tikinti konstruksiyalarının möhkəmləndirilməsində istifadə olunur. Böyüyən ağac, tərəvəz və çiçəklərə dəstək üçün bağ-həyət dirəklərini, eləcə də quru transformatorlar üçün əlavə komponentləri, polimer izolyator çubuqlarını təqdim edirik.

Ən böyük layihəmiz 2019-cu ildə həyata keçirilib. Bu, “Cizan” kanalının möhkəmləndirilməsi layihəsidir.

Şirkətimiz əsasən ixracatla məşğuldur. Avropa, Amerika, Avstraliyaya məhsul ixrac edirik. Daha çox Qazaxıstanla işləyirik. Azərbaycan bazarında öz satış yerimizi tutmaq istərdik. Azərbaycanın rütubətli havanın üstünlük təşkil etdiyi dəniz gücü olduğunu nəzərə alsaq, məhsullarımıza böyük tələbat olacağına inanırıq. Sərgidə işgüzar danışıqlar aparmağı və peşəkar həmkarlarımızla görüşlər keçirməyi də planlaşdırırıq. Hər kəsi görməyə şad olarıq!


Baş sponsor

Rəsmi Bank

RƏSMİ OUTDOOR REKLAM TƏRƏFDAŞI

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN