Ingiltərə-Azərbaycan Cəmiyyəti

Ingiltərə-Azərbaycan Cəmiyyəti

21 oktyabr 2016 0000

Xeyriyyə konserti və şam yeməyi

Dünən “BakuBuild” sərgisi əsnasında professor Nərgiz Paşayeva (sədr, Bakı) və Lord Qermanın (sədr, London) təşkilatçılığı və rəhbərliyi ilə xeyriyyə konserti keçirilib. Konsertdən sonra “Four Seasons” otelinin “Segah” banket zalında şam yeməyi təşkil olunub. 

Tədbirdə müxtəlif şirkətləri təmsil edən təxminən 240 qonaq iştirak edib. Qonaqların əksəriyyəti ya rəsmi şam yeməyinin səxavətli sponsoru qismində çıxış edib, ya da hərrac və lotereya üçün hədiyyələr təqdim ediblər. 1997-ci ildə təsis olunduqdan bəri İngiltərə-Azərbaycan Cəmiyyətinə dəstək verən və ona sponsorluq edən “ITE” şirkəti bu möhtəşəm tədbirdə də sponsor qismində çıxış edib. Konsert və şam yeməyindən əldə olunan bütün vəsait Şağan və Saray qəsəbələrində yerləşən uşaq evləri və internat məktəblərindəki uşaqlarla görülən işləri maliyyələşdirmək məqsədi ilə “United Aid for Azerbaijan” (“UAFA”) xeyriyyə təşkilatına veriləcək.

 


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN