Klaudio Monsio Kompanioni, “Franco Monzio Compagnioni” şirkətinin nümayəndəsi
– “Franco Monzio Compagnioni” şirkəti bir əsrdir ki, mebellərin istehsalı və bərpası sahəsində ailə şirkəti kimi fəaliyyət göstərir. Ənənəvi olaraq, biz “Luxury” seqmentində çalışır və “Boulle” üslubunda mebel naxışları sahəsində ixtisaslaşmışıq. Mənim sələflərim fəaliyyətə antikvar mebellərin bərpası ilə başlayıblar və biz bu gün yüksək səviyyəli mebel istehsalını da həyata keçiririk. Bizim məhsullar çox bahalıdır, məsələn, sərgidə təqdim edilən bu masanın dəyəri 20 min avrodur. Bu ilk növbədə bütün mebellərimizin qızıl suyuna salınmış bürünc, yüksək keyfiyyətli dəri, tısbağa çanağı və digər bu kimi bahalı materiallardan hazırlanmış əl işi olması ilə əlaqədardır.
Bununla yanaşı, mən özüm ixtisasca memaram və şirkətimizin texnologiyalarının tətbiq olunduğu interyer və üslubların yaradılması ilə məşğulam. Bütün bu layihələr eksklüzivdir və individual sifarişlər əsasında hazırlanıb. Biz ardıclıları və həvəskarları olan qədim üslubları qoruyub saxlayırıq.
Biz “BakuBuild” sərgisində debüt edirik və bura daha əvvəl bu tədbirdə iştirak etmiş və artıq Azərbaycanda fəaliyyət göstərən italyan həmkarlarımızın tövsiyəsi əsasında gəlmişik. Biz inanırıq ki, bu cür məhsulları kataloq vasitəsi ilə satmaq mümkün deyil – belə məhsullar canlı şəkildə nümayiş etdirilməlidir və bu baxımdan, sərgilərdən yaxşı yer təsəvvür etmək mümkün deyil.