Hindistandan keramik kafellərin məsul ixracatçısı

Hindistandan keramik kafellərin məsul ixracatçısı

20 oktyabr 2022 0000

Sevinc Zeynalova, “Lavit” şirkətinin nümayəndəsi

Artıq 25 ildir ki, bazarda fəaliyyət göstərən şirkətimiz cilalanmış və keramik kafellərin istehsalçısıdır. “Lavit” Hindistandan ən yaxşı kafel ixracatçısı kimi şöhrət qazanmışdır. Biz ilk dəfədir ki, “BakuBuild” sərgisinə gəlirik.

Ziyarətçiləri məhsullarla səmərəli və hərtərəfli tanış etmək üçün stendimizin dizaynını diqqətlə ölçüb biçmişik. Burada müxtəlif kafel nümunələri nümayiş etdirilir. Kafel çeşidləri ölçü və dizayn baxımından olduqca rəngarəngdir. Kafellərimiz həm qapalı məkanların, həm də açıq havada olan səthlərin bəzədilməsi üçün istifadə edilə bilər. Hər zövqə uyğun məhsullarımız var. Məhsulların keyfiyyəti göz qabağındadır, bunu görmək üçün bu sahə haqqında biliyə malik olmaq kifayətdir.

Kafellərimiz artıq Azərbaycanda tanınır. Biz alıcılardan müsbət rəylər alırıq. Onlar məhsulun keyfiyyətindən razıdırlar. Lakin yenə də biz alıcı tələbatını artırmaq, distributorlar və daimi müştərilər tapmaq istəyirik.

Sərgini bəyənirəm. Qeyd etmək istəyirəm ki, bu cür layihələr həmişə öz mütəşəkkilliyi ilə fərqlənir və daim maraqlı brendlər, yeniliklər, mükəmməl xidmət təklif edir. Hesab edirəm ki, bu sərgi iş adamları arasında ünsiyyətin ən yaxşı modeli, onların öz brendlərini və müəyyən məhsulunu tanıtması üçün layiqli vasitə kimi xidmət göstərir.


Baş sponsor

Rəsmi Bank

RƏSMİ OUTDOOR REKLAM TƏRƏFDAŞI

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN