Hər sərgidən müsbət təəssürat alıram!

Hər sərgidən müsbət təəssürat alıram!

25 oktyabr 2018 0000

Rəvan Bəşirli, memar:

- “BakuBuild Azerbaijan” sərgisi mənim üçün çox maraqlıdır - mən daim yeni tədbirləri ziyarət etməyə və hər sərgidən müsbət təəssürat almağa çalışıram.

İşgüzar əlaqələr qura biləcəyim, inşaat, dizayn ilə məşğul olan şirkətlər ilə ünsiyyət yaratmaq məni üçün olduqca vacibdir. Burada həmişə faydalı məlumat almaq, mənim fəaliyyətimdə faydalı ola biləcək yeni materialları təhlil etmək mümkündür.

İstərdim ki, belə tədbirlərə kiçik və orta müstəqil istehsalçılar da dəvət edilsin, belə ki, bu, rəqabəti daha da artırar və Azərbaycanda inşaat sektorunun inkişafına müsbət təsir edər.


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN