Mahir Quliyev, NB Group-un Marketinq Departamentinin Direktoru
NB Group Azərbaycanın kimya sənayesində dinamik inkişaf edən şirkətdir. Biz hər il “BakuBuild” sərgisində iştirak edirik və on yeddi ildir ki, sərginin əsas sponsoruyuq.
“Corella” markasını qeydiyyatda, qonaqlara verilən döş nişanlarında və çap materiallarında görmək olar. Ənənəvi olaraq yeni məhsullar təqdim edirik. Bu il də istisna deyil. Stenddə Azərbaycanda ilk keramik qranit istehsalçısı olan “NBCeramic” şirkətinin nümunələri nümayiş etdirilir. Biz “Retaş” keramika məhsullarını da təklif edirik. “Azpol” məhsulları da təqdim olunur. Bunlara mebel boyaları, laklar, eləcə də kafel və keramika üçün digər məhsullar daxildir.
Bizim unikallığımız üç əsas meyara əsaslanır; keyfiyyətli xammal, peşəkar kadrlar və müasir avadanlıqlar. Bu, bizə rəqabətə tab gətirməyə, irəlilədə olmağa və alıcıya keyfiyyətli məhsul təklif etməyə kömək edir.
Biz hər zaman ziyarətçilərlə görüşə diqqətlə hazırlaşırıq. Bunun üçün geniş məlumatı özündə əks etdirən yeni kataloqlar hazırlanmışdır, həmçinin ekspozisiyada müxtəlif məhsulların nümunələri mövcuddur. Mütəxəssislərimiz, texnoloqlarımız və satış agentlərimiz stenddə fəal şəkildə işləyir və qonaqların bütün suallarını cavablandırmağa hazırdırlar.
Sərgini çox bəyənirəm. Elə ilk gündə biz 170-dən çox müqavilə bağladıq. Bu, yüksək göstərici və imkanlardır. Sərgidə iştirak etmək, stenddə işləmək - menecmentdə böyük üstünlük, layiqli PR vasitəsidir. Gələn il üçün beynəlxalq tədbirlərdə və “BakuBuild” sərgisində iştirak planları artıq hazırdır.