İtaliyanın kimyəvi tikinti nəhəngi Azərbaycanda yeni tərəfdaşlar axtarır
16 oktyabr 2025
0000
Lorenzo Giovanni Corbetta, İxrac meneceri, Bossong S.p.A
Mən kimyəvi tikinti materialları istehsal edən Bossong S.p.A şirkətinin ixrac meneceriyəm və hazırda Azərbaycanda yeni tərəfdaşlar axtarırıq. Fikirlərimizcə, Azərbaycan həm öz potensialı baxımından, həm də digər regional bazarlara açılan qapı kimi strateji əhəmiyyətə malik bir regiondur. Bizim əsas məqsədimiz məhz bu istiqamətdə yeni əməkdaşlıqlar qurmaqdır. Keçmişdə, təxminən üç il əvvəl Azərbaycanda bir şirkətlə əlaqələrimiz olmuşdu, lakin indi mövcud imkanları yenidən qiymətləndirmək, bazarın necə inkişaf etdiyini görmək və gələcək planlarımızı formalaşdırmaq istəyirik. Bu səfər gələcək əməkdaşlıqlar istiqamətində atılmış ilk addımdır.
Yeni gəlmişəm, amma artıq sərginin çox maraqlı və peşəkar şəkildə təşkil olunduğunu deyə bilərəm. Dörd potensial şirkətlə əlaqə qurmuşam və bu, bizim üçün yaxşı başlanğıcdır. Hazırda tikinti materiallarının distribütorlarını, eləcə də tikinti üçün kimyəvi məhsullara ehtiyacı olan enerji şirkətlərini axtarırıq. Eyni zamanda rəqiblərimizin stendlərinə də baxdım – məsələn, Rothoblaas Avropa bazarında bizim əsas rəqibimizdir. Onların da burada iştirak etməsi maraqlı oldu.
Ümumilikdə, sərgi böyük olmasa da, çox rahat və səliqəli şəkildə təşkil olunub. Məncə, bu tədbir bizim üçün Azərbaycan bazarına daxil olmağın real başlanğıcıdır.