Çox güclü elektrik cihazları

Çox güclü elektrik cihazları

23 oktyabr 2019 0000

Səfər Yüksəl, “Çağdaş pano” şirkətinin Baş koordinatoru

Biz “BakuBuild” sərgisində debüt edirik. Bu tədbirdə iştirakın əsas məqsəd müştərilər ilə yeni, işgüzar görüşlər və mümkün sazişlər imzalamaqdır. Şirkət 30 ildir fəaliyyət göstərir və ildən-ilə fəaliyyətinin miqyasını genişləndirir və geniş məhsul çeşidi istehsal edir. Həmin məhsulların arasında elektrik panelləri, yuvaları, komplekt transformator yarımstansiyaları yer alır. Bu məhsullar zavod, otel, böyük binalarda tətbiq edilə bilər.

Şirkət artıq özünü Afrika və Türkiyə bazarlarında tanıdıb. Azərbaycanda da tərəfdaşlarımız var. Bu gün stenddə öz yeni məhsullarımızı təqdim edirik. Bunlar 400 və 10000 kVa-lıq güclü iki elektrik cihazıdır. Tərəfimizdən təqdim edilən nəhəng məhsullardan biri səyyar tipli “KU” kondensator qurğusudur. Bu qurğu elektrik düzəlişləri üçün nəzərdə tutulub və bir neçə bölmədən ibarətdir. Bununla yanaşı, əgər bunlardan hər hansı birində problem yaranarsa, bütövlükdə cihaz öz işini dayandırmır. Bölmə çıxarılır, təmir edilir və bərpa olunur. Sərgi çox yaxşı təşkil edilib, yerli infrastrukturu bəyəndik! Belə tədbirlərin inşaat sektorunun inkişafındakı vacib rolunu xüsusilə qeyd etmək istəyirəm.

 


Baş sponsor

Rəsmi Bank

RƏSMİ OUTDOOR REKLAM TƏRƏFDAŞI

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN