Bina kimyası və piqment pastaları sahəsində maraqlı təkliflər

Bina kimyası və piqment pastaları sahəsində maraqlı təkliflər

20 oktyabr 2022 0000

Malvina Tarkovska, ixrac üzrə menecer, İNCHEM Polonia (Polşa)

Tikintidə istifadə olunan kimyəvi maddələrin və piqment pastaların istehsalçısı olan Polşanın “INCHEM Polonia” şirkəti 1988-ci ildə yaradılmışdır. Məhsullarımız kimya, kosmetik, qida kimi bir çox sahələrdə istifadə edilə bilər. Onlar ekoloji cəhətdən təmizdir və buna görə də biz hər zaman çox geniş istehlakçı kütləsinə tuşlanırıq.

Biz yeni tərəfdaşlar tapmaq, yeni imkanlar kəşf etmək, bazarın ehtiyaclarını öyrənmək üçün “BakuBuild 2022” sərgisində iştirak etdik. Stenddə məhsulların yalnız kiçik bir hissəsini nümayiş etdiririk. İlk növbədə bunlar MİX universal piqment konsentratlarıdır. Biz bu məhsullarla və məhz piqment pastalarının istehsalı sahəsində dair biliklərimizlə fəxr edirik. “Dekor” dekorativ məhsul xətti də mövcuddur. Yenilikçi “Fugaremix” tikişlərinin işlənməsi xətti.

Şirkətin mütəxəssisləri istehsal olunan malların keyfiyyətinin daim artırılması ilə məşğuldurlar. Hazırda biz korroziyaya qarşı boya işləyib hazırlayırıq. Bizim müştərilərə yanaşmamız çox çevikdir.  Sifarişləri qısa zamanda icra edirik. Ona görə də biz istənilən fərdi müraciətlərə açıq yanaşırıq. Müştərinin öz brendi altında məhsullar da yarada bilərik. Məhsullarımıza maraq var, yerli mütəxəssislərlə artıq məlumat mübadiləsi aparmışıq. Ümid edirik ki, sərgi zamanı maraqlı dialoqlar və potensial müştərilərlə görüşlərimiz olacaq.


Baş sponsor

Rəsmi Bank

RƏSMİ OUTDOOR REKLAM TƏRƏFDAŞI

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN