Məmmədağa Mehdiyev, memar, fərdi sahibkar
- Mən bir memar olaraq və tikinti sahəsində fəaliyyət göstərən iş adamı olaraq, iyirmi ildən artıqdır ki, “BakuBuild” sərgisini ziyarət edirəm. Bu illər ərzində sərgiyə baş çəkmək marağı və məqsədi dəyişməyib - yeni tərəfdaşların axtarışı, gələcək əməkdaşlıq üçün əlaqələrin qurulması, bazarın və sənayenin yeniliklərinin öyrənilməsi.
Mən şadam ki, biz, peşəkar ziyarətçilər, hər il nəinki artıq bizə tanış olan şirkətlərlə görüşürük, həm də hər dəfə yeni ideyalar və potensial biznes tərəfdaşları əldə edirik. Ənənəvi olaraq, bu sərgi daimi iştirakçılarla yanaşı, burada öz layihələrini və imkanlarını təqdim edən debütantları, yeni gənc şirkətləri və startapları da özünə cəlb edir. Biz hər zaman bu cür şirkətlərlə əməkdaşlıq etməyə hazırıq.
“Rebuild Karabakh” sərgisinin “BakuBuild” sərgisi ilə eyni vaxtda keçirilməsi də məni sevindirdi. Bu bölgənin bərpası mövzusu cəmiyyətimiz üçün prioritet məsələdir. Qarabağda artıq fəaliyyət göstərən və yeni layihələr həyata keçirməyə çalışan şirkətlərin sərgidə iştirakı bunun təsdiqidir.
Əlbəttə ki, peşəkar sərgilər bütün tikinti sektoru və iqtisadiyyatın buna bənzər sektorları üçün vacibdir. Ölkəmizdə tikinti bumu hələ də yüksək səviyyədədir. Düşünürəm ki, sərgimiz öz məhsul və xidmətlərini təklif edən daha çox şirkəti cəlb edə bilərdi. Bu həm iştirakçıların özləri, həm də bizim kimi həqiqi istifadəçilər üçün faydalı olardı.