Bazarın öyrənilməsi və etibarlı tərəfdaşların axtarılması üçün sərgiyə ehtiyac var

Bazarın öyrənilməsi və etibarlı tərəfdaşların axtarılması üçün sərgiyə ehtiyac var

21 oktyabr 2023 0000

Dmitri Tolkaçev, “Opus” şirkətinin baş direktoru

- Mən Rusiyanın divar kağızı və üzlük materialların distribyutoru olan Opus şirkətini təmsil edirəm. BakuBuild sərgisinə bazarı öyrənmək, potensial partnyorları müəyyənləşdirmək və divar kağızı və boyalarımızın Azərbaycanda satışı üzrə işgüzar əlaqələr qurmaqla bağlı gəlmişəm.

Müşahidələrimə görə, Azərbaycanda Amerika, Avropa və Asiyanın bahalı divar kağızları və boya-laklarının kifayət qədər böyük bazarı mövcuddur. Lakin təəssüf ki, məni maraqlandıran divar kağızı seqmenti bu sərgidə o qədər də geniş təqdim olunmayıb.

Ümumilikdə isə, sərgi ekspozisiyaların həcminə və orada təmsil olunan yerli və xarici şirkətlərə görə ən xoş təəssürat yaradır. BakuBuild ilə tərəfdaşlıq sərgisi olan MosBuild sərgisinin daimi iştirakçıları olaraq, biz bu beynəlxalq tədbirlərin əhəmiyyəti və zəruriliyini yaxşı başa düşürük. Sərgilər bizə əlaqələrin və tərəfdaşlıq münasibətlərinin qurulması baxımından fayda verir. Belə ki, sənayenin mövcud tendensiyalarının və inkişaf yollarının təhlili hər zaman həm təcrübəli istehsalçıların, həm də perspektivli investorların gündəmindədir


TƏRƏFDAŞLAR

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN