Otellər



Ünvan: İzmir küçəsi 1033, Bakı, AZ1065, Azərbaycan
Telefon: +994 (12) 496 12 34
E-mail: baku.hotels@hyatt.com
Veb sayt: www.baku.hyatt.com

Hyatt Regency Baku — müasir və zərif beşulduzlu oteldir. Şəhər mərkəzinə yaxın yerləşməsi sayəsində, qonaqlar hava limanına, alış-veriş mərkəzlərinə və İçərişəhər kimi tarixi məkanlara asanlıqla çata bilirlər. Bu otel, həm korporativ səfərdə olan qonaqlar, həm də istirahət məqsədilə gələn turistlər üçün ideal seçimdir. Hyatt Regency Baku 159 standart və premium kateqoriyalı otaqlardan ibarətdir. Otaqlar müasir dizayn, təbii rəng palitrası və rahat atmosfer ilə təchiz olunub.

Oteldə şəhərin ən böyük fitness mərkəzlərindən biri, üzgüçülük hovuzu və yüksək səviyyəli SPA xidmətləri təqdim olunur. Klab otaqları isə xüsusi konsyerj xidməti və Klab Lounge imtiyazları ilə seçilir. Hyatt Regency Baku həmçinin qastronomik baxımdan zəngin menyusu, dadlı təamları, yüksək xidmət səviyyəsi və istənilən formatda tədbirlər üçün uyğun olan funksional və estetik zal imkanları ilə seçilir. Burada təşkil etdiyiniz tədbirlər unudulmaz və uğurlu olacaq.




Ünvan: Xocalı prospekti 64, AZ1025, Bakı – Azərbaycan
Telefon: +994 (12) 488 89 92
E-mail: HA1L0@accor.com
Veb sayt: www.all.accor.com

Avropanın aparıcı ekonomik otellər şəbəkəsinə məxsus olan ibis Baku City qonaqlarına münasib qiymətə yüksək komfort və keyfiyyətli xidmət təqdim edir. Müasir dizayna malik tam təchiz olunmuş otaqlar, innovativ Sweet Bed™ yataq sistemi və 24 saat fəaliyyət göstərən resepsiya xidməti ilə otel, istər biznes, istərsə də istirahət məqsədli səfərlər üçün ideal məkandır.

Otel Heydər Əliyev Beynəlxalq Hava Limanından cəmi 22 km məsafədə, Bakının biznes və maliyyə mərkəzində yerləşir. Xətai metro stansiyasına 2 dəqiqəlik piyada məsafədə yerləşməsi, oteli rahat çıxış imkanları ilə təmin edir. ibis Baku City həmçinin əsas biznes, sərgi və konqres mərkəzlərinə, eləcə də Mərkəzi Bulvara yaxınlığı ilə seçilir. Ən yaxşı qiymətə unikal yaşayış və tədbir keçirmək imkanları axtarırsınızsa, ibis Baku City doğru ünvandır.


 

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN