Qalina Borzenkova, "KAPELLI qapıları" fabrikinin kommersiya direktoru
Rostov-Don şəhərindən olan Rusiya şirkəti yeni məhsul istehsal edir – "Kapelli” qapıları. Bu qapıların unikallığı onların yüz faiz rütubətə davamlılığıdır ki, bu da Azərbaycan regionu üçün aktualdır, çünki Bakı yüksək rütubətə malik dənizkənarı şəhərdir.
Biz otellər, hovuzlar, fitness salonları, uşaq bağçaları, xəstəxanalar, poliklinikalar kimi obyektlər üçün nəzərdə tutulmuş daxili qapıların xüsusi istehsalçılarıyıq.
Şirkət sərgidə ilk dəfə deyil, on il əvvəl bu layihədə iştirak etmişik. Burada qapıların ticarəti ilə məşğul olan nümayəndələrimiz var, üslubumuz Bakıda təqdim olunur, müştərilər iki yeni rəngdə - nanə rəngi və mavi rəngdə təqdim olunan yanğın qapıları, mətbəx, restoran, məktəb və tibbi qapılara üstünlük verir. Bu iki rəngin insanların sağlamlığına müsbət təsir göstərdiyi sübut edilmişdir.
Məhsullarımızın qeyri-adi olması üç sözlə ifadə olunur: sakit, isti və quru - və bu spesifiklik istehsalçılar arasında nadirdir. Rusiyada unikal texnologiyaya malik olan yeganə istehsalçı bizik.
"BakuBuild" sərgiləri bizim üçün çox vacibdir. İlk dəfədir ki, Bakıdayam, ziyarətçiləri izləyirəm, onlar ekspozisiya ilə diqqətlə tanış olurlar, stenddə söhbət etmək, məhsullarla tanış olmaq istəyirlər - bu cür münasibət çox dəyərlidir!