Türkiyənin ən qədim şirkətindən təkliflər
19 oktyabr 2023
0000
Ali Tuna Şanatlı, “Çuhadaroğlu”, Türkiyə
“Çuhadaroğlu” şirkəti alüminium pəncərə və qapı sistemlərinin böyük istehsalçılarından biridir. 1954-cü ildə qurulan şirkətin İstanbulda yerləşən müəssisəsi alüminium profilləri, ekstruziya profilləri, qəlibləmə emalatxanası, səth emalı avadanlığı, mexaniki proseslər və montaj xətləri ilə inteqrasiya olunmuşdu. Şirkət ekstruziv alüminium profilləri ilə bağlı tam spektrli xidmətlər təqdim edir: dizayn, istehsal, satış və quraşdırma.
Biz BakuBuild sərgisində beş əsas brendi təqdim edirik: Interal (qapı və pəncərə sistemləri, sürüşmə sistemləri, fasad sistemləri), Interax (avtomatik qapı sistemləri), Interwall (ofis bölmə sistemləri), Intersecure (təhlükəsizlik sistemləri) və Interdigi (şirkətin rəqəmsallaşdırılması). Stenddə 30, 60 və 90 dəqiqə ərzində alova tab gətirə bilən yanğınadavamlı qapılar, avtomatik qapı sistemləri, Türkiyədə məşhur olan alüminium profil sürüşmə qapıları və ofis qutuları təqdim olunur. Məhsullar uzunluğu 3,5 metrə qədər və müxtəlif profil qalınlığına malik ola bilər. Müəssisə 20-dən çox növdə, o cümlədən fərdi sifariş əsasında məhsullar istehsal edir.
Artıq on ildən artıqdır ki, BakuBuild sərgisində iştirak edirik. Bizim üçün sərgilər daimi tərəfdaşlarla görüşlər və potensial alıcılarla tanışlıq deməkdir. İkinci vacib məqam isə şirkətin prestijidir. Bu sahədə ən qədim türk şirkəti, Avropanın isə ən məşhur şirkətlərindən biri belə irimiqyaslı forumlarda iştirak etmək fürsətini əldən verə bilməz.