Tikintidə istifadə olunan materiallar və avadanlıqlar sahəsində yeniliklər

Tikintidə istifadə olunan materiallar və avadanlıqlar sahəsində yeniliklər

20 oktyabr 2023 0000

Kamil Qasımov, SOCAR-ın smeta üzrə baş mühəndisi (chief cost engineer)

- Təmsil etdiyim şirkət neft-qaz sənayesində fəaliyyət göstərir, lakin bizim obyektlərdə də bir çox müxtəlif növ tikinti və təmir işləri aparılır. Məhz buna görə də mən uzun illərdir ki, "BakuBuild" sərgisinə gəlirəm. Hər şeydən əvvəl, tikintidə istifadə olunan materiallar və avadanlıqlar sahəsində yeniliklərlə maraqlanırıq.

Sərgidə tanınmış istehsalçıları təmsil edən bir çox yeni şirkət var. Onlarla səmərəli görüşlərimiz oldu, bu görüşlərdə bir sıra məhsullarla tanış olduq, onların istifadəsi ilə bağlı tövsiyələr və keyfiyyət xüsusiyyətləri barədə məlumat aldıq. Xüsusilə, armatur, şüşə lif, smart-home sistemləri və s. mənim marağımı cəlb etdi.

Sərgi çoxsaylı ziyarətçiləri buraya cəlb edən geniş imkanları bir daha nümayiş etdirdi. Burada alınan faydalı məlumatlar, yeni tanışlıqlar və əlaqələr, yüksək peşəkar səviyyədə fikir mübadiləsi gələcək illərdə fəaliyyətimiz üçün baza yaradır.


Baş sponsor

Rəsmi Bank

RƏSMİ OUTDOOR REKLAM TƏRƏFDAŞI

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN