Qarabağda əldə olunan nəticələr və qızıl istehsalı ilə interaktiv tanışlıq

Qarabağda əldə olunan nəticələr və qızıl istehsalı ilə interaktiv tanışlıq

15 oktyabr 2026
ELDAR RƏSULOV İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR, MARKETİNQ VƏ KORPORATİV SOSİAL MƏSULİYYƏT ŞÖBƏSİNİN MÜDİR MÜAVİNİ, “AZƏRGOLD” QSC

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin korporativ stendi 63 kvadratmetr sahəni əhatə edir. Burada şirkətimizin onillik inkişaf yolunu vizual materiallar, məlumat lövhələri və çap məhsulları vasitəsilə təqdim etmişik. Stendimizdə ziyarətçilər şirkətimizin on il ərzində əldə etdiyi nailiyyətlərlə tanış ola, fəaliyyətimiz haqqında daha ətraflı məlumat əldə edə bilərlər.

Stendimizin əsas özəlliklərindən biri virtual reallıq zonasıdır. VR eynəklərini taxaraq Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə virtual səyahət edə və qızılın hasilatı və emalı prosesi ilə yaxından tanış ola bilərsiniz. Mədən işlərinin ilkin mərhələsindən, partlayış işlərindən başlayaraq xəlitə tökümünə qədər bütün prosesi izləmək mümkündür. Burada Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində istehsal edilmiş xəlitə, həmçinin Satış və mübadilə mərkəzimizdə təqdim olunan xüsusi qızıl və gümüş sikkə və külçə kolleksiyaları ilə tanış ola bilərsiniz.

Böyük ekranda 2016–2026-cı illər ərzində şirkətimizin keçdiyi inkişaf yolu və əsas nailiyyətləri haqqında məlumat verilir. Xüsusilə Qarabağda həyata keçirdiyimiz fəaliyyətə və əldə etdiyimiz nəticələrə diqqət ayrılıb. Sensor ekran vasitəsilə şirkətimizin əsas göstəriciləri, o cümlədən gəlirlər, hasilat və emal həcmləri, büdcə ödənişləri və layihələr barədə ətraflı məlumat əldə edə bilərsiniz.
Bundan əlavə, məhsullarımız, əsas strateji layihələrimiz və on il ərzində əldə etdiyimiz nəticələr haqqında məlumatları əks etdirən kataloq və broşürlər də hazırlamışıq.

Bütün ziyarətçilərimizi stendimizə yaxınlaşmağa, təqdim etdiyimiz məhsul və məlumatlarla tanış olmağa, maraqlandıran sualları verməyə və fəaliyyətimiz haqqında daha ətraflı məlumat almağa dəvət edirik. Hər birinizi stendimizdə görməkdən məmnun olarıq!

Tədbir üzrə tərəfdaşlar

Regional pavilyon

Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN