Nikkolor Italia: İnnovativ dekorativ materialların təqdimatı

Nikkolor Italia: İnnovativ dekorativ materialların təqdimatı

15 oktyabr 2025 0000
Titsiana İerna, İcraçı direktor, Nikkolor Italia S.R.L., İtaliya

Bu il sərgidə İtaliya 15 stendlə təmsil olunur və biz bu böyük nümayəndəliyin bir hissəsi olmaqdan məmnunuq. Bakıdakı bu tədbir barədə məlumat aldığımız kimi maraq göstərdik. Əvvəlcə ölkəni, bazarı və tikinti səviyyəsini araşdırdıq və qısa zamanda başa düşdük ki, burada məhsullarımızı təqdim etmək üçün əla imkanlar var. İştirak qərarını dərhal verdik və belə əhəmiyyətli bir tədbirdə yer almaqdan çox məmnunuq.

Sərgidə biz tamamilə İtaliyada istehsal olunan, “lüks” kateqoriyalı məhsullarımızı nümayiş etdiririk. Stendimizdə metal boyalar, 3D sementlər və mikro-sementlər, həmçinin yalnız təbii materiallardan hazırlanmış dekorativ örtüklər təqdim olunur. Hər bir məhsul estetika, keyfiyyət və innovativ texnologiyaları birləşdirir — bu, bazarda bizim brendi fərqləndirən əsas amildir.

Azərbaycanlı ziyarətçilərin marağı bizi çox sevindirir. Həm fərdi müştərilər, həm də böyük şirkətlərin nümayəndələri stendimizə yaxınlaşır, məhsulları diqqətlə incələyir, suallar verir və materialları yerində sınaqdan keçirirlər. Bu, bizim üçün böyük motivasiyadır, çünki əsas məqsədimiz məhsullarımızın innovativliyini və unikal dizaynını nümayiş etdirmək, həm də İtaliya dizaynı və keyfiyyətinin Azərbaycanda da öz yerini tapdığını göstərməkdir.

Bu sərgidə iştirak bizim üçün yalnız məhsul təqdimatı deyil — fəlsəfəmizi paylaşmaq, təcrübə mübadiləsi aparmaq və yerli bazarın tələbatını anlamaq imkanıdır. Biz görürük ki, Azərbaycan sürətlə inkişaf edir, yeni tikinti layihələri reallaşır və bu, bizim burada iştirakımıza xüsusi mənəvi dəyər qazandırır.

Biz bu böyük tədbirin bir hissəsi olmaqdan qürur duyuruq — gözəllik, innovasiya və ilham gətirən məhsullarımızı təqdim etməklə Azərbaycan bazarında yeni ideyalar üçün ilham mənbəyi olmaq istəyirik. Bu təcrübə bizə inam verir ki, İtaliya texnologiyaları və stili Azərbaycanın müasir memarlığı ilə mükəmməl şəkildə uzlaşa bilər.
 

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN