Misin əbədi faydaları

Misin əbədi faydaları

19 oktyabr 2017 0000

Nataliya Jiqalina, “Aurubis Finland Oy” (Almaniya) şirkətinin marketinq üzrə meneceri

 

– “Aurubis Finland Oy” şirkəti ardıcıl olaraq ikinci ildir ki, “WorldBuild Baku 2017” sərgisində iştirak edir. Biz keçən il sərginin nəticələrindən razı qaldıq və buna görə də bu il də iştirak etmək qərarına gəldik.

“Aurubis” (Almaniya) yastı mis məmulatlar istehsalı ilə məşğul olan nəhəng konsernidir. Tərəfimizdən təmsil olunan zavod Finlandiya ərazisində yerləşir və binaların dam və fasadları üçün mis və mis ərintilərin istehsalını həyata keçirir. Şirkət müştərilərə stendimizdə təqdim olunan yeni materiallar təklif edərək daim inkişaf edir. Xüsusilə daxili örtükləmə üçün “Nordic Decor” cilalanmış mis plitələrlə yanaşı, fasadlar, binaların damı və digər yerlərdə istifadə üçün nəzərdə tutulan məhsullar təklif edilir.

İlk növbədə, biz Azərbaycanda tərəfdaşlar tapmaq istəyirik. Bu bazar bizim üçün olduqca maraqlıdır. Bakı gözəl arxitekturaya malik olan gözəl şəhərdir və biz inanırıq ki, bizim məhsullar bu şəhəri daha da gözəlləşdirəcək. Mis daş, ağac və şüşə ilə mükəmməl uyğunlaşan misilsiz təbii material kimi şəhər peyzajlarını ən yaxşı şəkildə bəzəyəcəkdir.

Bizim hədəf auditoriyamız memarlardır, çünki onlar məhsullarımızı öz layihələrində tətbiq etməklə təbliğ edirlər. Bununla yanaşı, biz inşaat şirkətlərinin nümayəndələrini, tikinti investorlarını və s. şəxsləri də stendimizdə görməkdən məmnun olarıq.


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN