İstilik, drenaj və istixana sistemləri üzrə innovasiyalar

İstilik, drenaj və istixana sistemləri üzrə innovasiyalar

25 oktyabr 2018 0000

Petros Blatzas, “Solin” (Yunanıstan) şirkətinin meneceri

- “Solin” sənaye şirkəti geniş tətbiq sahəsinə malik olan kompozit və plastik borular istehsal edir. Bizim şirkət 30 ildən artıqdır ki, alıcılara etibarlı və uzunömürlü həll variantları təklif edir. Biz daim innovativ məhsulların istehsalı üzərində işləyirik. İstilik, drenaj, sanitar və istixana sistemləri üçün plastik, polietilen və digər materiallardan hazırlanmış xüsusi həll variantları beynəlxalq bazarda öz layiqli yerini tutub. Bütün məhsullar şirkətin laboratoriyasında zəruri yoxlamalardan keçir ki, bu da yüksək keyfiyyətə zəmanət verir.

Şirkətimiz istənilən məhsul növünə görə bütün zəruri keyfiyyət sertifikatlarına malikdir. Bizim məhsullar dünyanın bir sıra ölkələrinə ixrac olunur.

Biz Bakıya ilk dəfədir ki, gəlmişik və burada alıcılar tapmaq niyyətindəyik. Sərginin ilk günü çox uğurlu olub. Mən ziyarətçilərin fəallığını, ən əsası isə bizim məhsullar ilə maraqlanan insanların sayını qeyd etmək istəyirəm. “Solin” şirkəti tez-tez müxtəlif beynəlxalq sərgilərdə iştirak edir. Biz öz brendimizin təbliğində sərgilərin rolunu yüksək qiymətləndiririk. Burada iştirak etmək bir sıra biznes tapşırıqlarını həll etməyimizə kömək edir. Gəlirlərimizin 80%-nin belə tədbirlərin payına düşməsi də bunu bir daha sübut edir.


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN