Ahmet Şuyun, Ankara Qara və Əlvan Metal İxracatçıları Assosiasiyasının İdarə heyətinin üzvü
– Azərbaycan Türkiyənin qara və əlvan metallurgiya məhsullarını ixrac etdiyi əsas bazarlardan biridir. Dövlət təşkilatı olan Ankara Qara və Əlvan Metal İxracatçıları Assosiasiyası (AQƏMİA) Bakıda keçirilən bu sərgidə debüt edir və inşaat sektoru üçün məhsul istehsal edən şirkətlərin imkanları barədə peşəkarlara məlumat vermək niyyətindədir. Bu məhsullar əsasən metal inşaat körpüləri, qəliblər, metal qüllələr və digər məhsullardan ibarətdir.
AQƏMİA ixrac həcmini artırmaq, peşəkar həmrəyliyi gücləndirmək, eləcə də ixracatçılara münasibətləri və peşəkar fəaliyyətləri təşkil etmək, ixracatçıların problemlərini həll etmək məqsədi ilə təsis olunub. Assosiasiyanın 1100-dən artıq üzvü var və bunlar keyfiyyətli məhsulların ən etibarlı istehsalçı və təchizatçılarıdır. Türkiyənin polad sektor öz dinamik strukturu sayəsində dünya ixrac bazarlarında son dərəcə uğurlu işlər görür və polada tələbat olan bazarları fəth etmək üçün böyük səy göstərir.
Bütün maraqlanan tərəfləri şirkətimizin stendinə dəvət edirik. Sərgini çox bəyəndik, burada Türkiyəni təmsil edən xeyli sayda iştirakçı, eləcə də fəal ziyarətçi var. Düşünürəm ki, bu forum ölkələrimiz arasında qarşılıqlı münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcək.