Aleksandr Antonenko, “Basis Holding” (Rusiya) MMC-nin Baş direktoru
“Bazis Holding” şirkəti monolit körpü, yol, sənaye və mülki inşaat sənayesi üçün metal konstruksiyaların istehsalçısı və təchizatçısıdır.
Şirkət davamlı olaraq istehsal texnologiyalarının təkmilləşdirilməsi və yeni seriyalı məhsul çeşidinin mənimsənilməsi üzərində işləyir. “BakuBuild 2021” sərgisində biz məmnuniyyətlə elan etdik ki, qəlib konstruksiyalarının istehsalı və istismarı sahəsində çoxillik tətbiq təcrübəsini özündə əks etdirən “WESKER PRO-5” yeni nəsil dayaq sistemi istismara verilib.
“WESKER” daxili üfüqi daşıyıcı və qoruyucu konstruksiyaların qəliblənməsində yenilikdir. Bu, şaquli daşıyıcı tirlər və üfüqi dayaqlar üçün təkmilləşdirilmiş pazşəkilli bağlama düyününə əsaslanan universal, demontaj olunan və daşınan dayaq sistemidir. Bu tip sistem istənilən mürəkkəblik dərəcəli konstruksiyalarda monolit işlərin görülməsi zamanı istifadə oluna bilər və 20 metrədək hündürlük üçün nəzərdə tutulub.
Regionun tikinti bazarı tərəfimizdən hələ kifayət qədər öyrənilməsə də, biz tikinti sənayesi üçün geniş çeşidli məhsullar təklif edirik. Həmçinin, bina və qurğuların inşası üçün müxtəlif texnologiyalar üzrə həll variantlarımız da var və biz mühəndislik işlərində köməklik göstərməyə və tikinti layihələrini avadanlıq layihəçisinin və istehsalçı zavodun məsuliyyəti çərçivəsində dəstəkləməyə hazırıq.
İxtisaslaşmış sənaye və xüsusən də beynəlxalq sərgilərin rolunu layiqincə qiymətləndirməmək olmaz. Sərgilər öz bacarıqlarınızı geniş auditoriyaya təqdim etmək, həmkarlarınızla ünsiyyət qurmaq və bir çox faydalı marketinq məlumatı əldə etmək üçün əla fürsətdir. Bizim üçün heç nə canlı ünsiyyəti əvəz edə bilməz və bir çox regionları əhatə edən hədəf auditoriya bir araya gəldikdə, bu tədbir daha böyük dəyər qazanır. Sərgi fəaliyyətlərində baş verən fasilə şübhəsiz ki, investorların skeptik əhvalını daha da artırır və bu, biznes üçün mənfi investisiya fonu yaradır.
26-cı Azərbaycan Beynəlxalq “İnşaat” (“BakuBuild”) sərgisi kimi əlamətdar bir tədbirdə iştirak etmək bizi məmnun edir və bu tədbirin hazırlanmasında və keçirilməsində gördükləri iş üçün təşkilatçılara təşəkkür edirik!
Həmçinin, göstərdiyi dəstəyə görə şirkətimiz adından Rusiya Federasiyası Kaluqa Vilayətinin İxraca Dəstək Mərkəzinə minnətdarlığımızı bildirirəm.