Bu sərgidə açar təhvili ev tikmək və onu tam təchiz etmək mümkündür

Bu sərgidə açar təhvili ev tikmək və onu tam təchiz etmək mümkündür

20 oktyabr 2023 0000

Mehmet Keklik, "AURACITY" şirkətinin direktoru

Şirkətimiz İstanbulda yaşayış evləri tikir. “BakuBuild” sərgisinə Azərbaycanın tikinti bazarı və ölkənizdə tikintidə istifadə olunan tikinti materialları və texnologiyaları haqqında təsəvvür yaratmaq üçün gəlmişik. Bir sıra şirkətlərin günəş enerjisi avadanlığı, izolyasiya sistemləri, binaların istilik sistemləri və s. istehsalı ilə bağlı təklifləri məni çox maraqlandırdı.

Eləcə də, qardaş ölkənin şirkətləri ilə İstanbulda daşınmaz əmlakın satışı üzrə əməkdaşlıq imkanlarını nəzərdən keçiririk. Azərbaycan vətəndaşları Türkiyədə daşınmaz əmlakla çox maraqlanır və biz bu formatda əməkdaşlıq etmək mümkün olan şirkətləri axtarırıq.

"BakuBuild" sərgisində çoxdan və yaxından əməkdaşlıq etdiyimiz Türkiyə tərəfdaşlarımızı görmək xoş idi. Yerli şirkətlərlə daha çox maraqlanırıq. Sərgidə daha çox real layihələr görmək istərdim. Burada tikintidə istifadə olunan bir çox məhsul təqdim olunur. Ancaq bu məhsulların istifadə olunduğu real layihələr yoxdur. Bu layihələri icra edən şirkətin nümayəndəsi olaraq bu sahədə maraqla müqayisəli təhlil aparardım.

Bakıdakı sərgidə hər şeydən çox tikinti ilə əlaqəli sərgilərin bir yerdə birləşdirilməsi bəyəndim. Bu çox rahatdır və yalnız tikinti üçün deyil, həm də yaşayış və iş sahəsinin gələcək təşkili üçün imkanları ümumiləşdirməyə şərait yaradır. Başqa sözlə desək, bu sərgidə bünövrədən dama qədər bir ev tikə və onu tam təchiz edib yaşayış üçün hazırlaya bilərsiniz.


Baş sponsor

Rəsmi Bank

RƏSMİ OUTDOOR REKLAM TƏRƏFDAŞI

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN