"BakuBuild" sərgisinin həm iştirakçı, həm də ziyarətçi nöqteyi-nəzərindən qiymətləndirilməsi

"BakuBuild" sərgisinin həm iştirakçı, həm də ziyarətçi nöqteyi-nəzərindən qiymətləndirilməsi

20 oktyabr 2023 0000

Arzu Aslanbəyov, "Solution Equipment Tools" şirkətinin direktoru

- Şirkətimiz tikinti, mədən və sənaye avadanlıqlarının satışı üzrə ixtisaslaşmışdır. Bir çox tanınmış brendlərin distribütoruyuq. Bizi "BakuBuild" sərgisinə istehsalçılarla yeni işgüzar əlaqələr qurmaq, məhsul xəttimizi genişləndirmək üçün tikinti avadanlığı sahəsində yeni tendensiyalar, texnologiyalar və istiqamətləri öyrənmək arzusu gətirib.

Sərgi, həmişə olduğu kimi, xoş təəssürat yaratdı, pandemiyadan sonrakı illərlə müqayisədə stendlərin sayı məni xüsusilə heyran etdi, əvvəllər rastlaşmadığımız bir çox yeni şirkətlə görüşdük. Sərgi avadanlıqlarımızın satış həcmini genişləndirmək və artırmaq üçün əlaqələrin qurulması perspektivindən bizi sevindirdi.

Onu da qeyd edə bilərəm ki, əvvəllər avadanlıqların satışı, o cümlədən tikinti ilə məşğul olan şirkətdə işləmişəm və "BakuBuild" sərgisinin üzvü olmuşam. Bu, sərgiləri iki mövqedən – iştirakçı və ziyarətçi mövqeyindən qiymətləndirməyə imkan verir. Əminliklə deyə bilərəm ki, sərgilər hər iki mövqedən ən müsbət təsir bağışlayır və biznesin inkişafına töhfə verir.


Baş sponsor

Rəsmi Bank

RƏSMİ OUTDOOR REKLAM TƏRƏFDAŞI

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN