AĞILLI EV SİSTEMLƏRİ VƏ BİNA AVTOMATLAŞDIRMASI HƏLLƏRİ
15 oktyabr 2026
MEFTUNE SADAYEVA, AZƏRBAYCAN ÜZRƏ SATIŞ MENECERİ, YONNET BİLİŞİM İNTERRA
Şirkətimiz Türkiyə şirkəti olan İnteroteknologiyadır. Biz ağıllı ev sistemləri və bina avtomatlaşdırılması məhsulları istehsal edirik. İstehsal prosesimizin hamısı Türkiyədə həyata keçirilir və məhsullarımız Türkiyə istehsalıdır. Həm KNX, həm də DALI protokolları əsasında məhsullar istehsal edirik. Eyni zamanda, KNX ilə bağlı məhsulları tərəfdaşlarımıza, hətta rəqiblərimizə də təchiz edirik. Bütün məhsullarımız KNX sertifikatına malikdir. Şirkətimiz otellər, villalar, alış-veriş mərkəzləri, hava limanları və digər obyektlər üçün kiçikdən böyüyə qədər avtomatlaşdırma sistemlərinin qurulmasına imkan verən, bu sahədə A-dan Z-yə qədər bütün məhsulları istehsal edən şirkətdir.
Sərginin artıq ikinci günüdür. Bu gün sərgi yenicə başlayıb, lakin dünənki ilk gün bizim üçün çox gərgin və məhsuldar keçdi. Açığı, ilk gündən bu qədər sıxlıq olacağını gözləmirdik. Xarici ölkələrdən, o cümlədən Çindən, Rusiya və Polşadan, eləcə də Türkiyədən bir neçə şirkət nümayəndələri ilə maraqlı danışıqlarımız oldu. Bizi əvvəlcədən tanıyan şirkətlər də var idi. Bununla yanaşı, yerli bazarda fəaliyyət göstərən şirkətlər, həmçinin tərəfdaşlarımızın dəvət etdiyi müəssisələr sərgiyə gəldilər. Gələn bütün nümayəndələri qarşıladıq və məhsullarımızı onlara təqdim etdik. Əminəm ki, sərginin nəticələri əməkdaşlıq etdiyimiz şirkətlərin sayını artıracaq.