Ağıllı ev: rahatlıq, təhlükəsizlik, enerji səmərəliliyi

Ağıllı ev: rahatlıq, təhlükəsizlik, enerji səmərəliliyi

21 oktyabr 2023 0000

Məftunə Sadayeva, "INOHOM" şirkətinin regional meneceri

"INOHOM" şirkəti tərəfindən təklif olunan ağıllı ev sistemi sakinləri rahatlıq, təhlükəsizlik və enerji səmərəliliyi ilə təmin etmək üçün nəzərdə tutulub. Sistem internetə qoşulmuş idarəetmə paneli, simsiz sensorlu divar açarları, icraçı qurğular və panel tipli sayğaclar ilə təchiz edilmişdir.

"INOHOM" ağıllı ev sistemi müxtəlif funksiyalara malikdir: istilik və soyutma sistemlərinin avtomatik tənzimlənməsi, işıqlandırmaya nəzarət, təhlükəsizlik və ev kinoteatrı sistemləri, qapı kilidləri, daxili rabitə sistemləri, multimedia sistemləri, elektron cihazlar və məişət texnikasının uzaqdan idarə edilməsi.

"İnşaat" beynəlxalq sərgisində həm tikinti şirkətlərinə, həm də memarlıq dizayn firmalarına tərəfdaşlıq təklif edirik. Məqsədimiz Azərbaycanda bütün evlərin "ağıllı" olmasına nail olmaqdır. Müştərilər bilməlidirlər ki, təqdim etdiyimiz sistem münasib qiymətlər və satışdan sonrakı xidmətin mövcudluğu ilə rahat və əlçatandır.


Baş sponsor

Rəsmi Bank

RƏSMİ OUTDOOR REKLAM TƏRƏFDAŞI

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN