Mebel markaları ilə tanış oldum, həmkarlarımla təcrübə mübadiləsi apardım

Mebel markaları ilə tanış oldum, həmkarlarımla təcrübə mübadiləsi apardım

21 oktyabr 2023 0000

Aleksandr Mişuk, "Pinskdrev" şirkətinin aparıcımütəxəssisi, Belarus

-Mən 145 illik tarixi olan holdinqin nümayəndəsiyəm. "Pinskdrev" Belarusda və postsovet məkanında ev və ofis üçün ağacdan hazırlanmış mebellərin istehsalı və satışında liderdir. Bu gün biz mallarımızı 36 ölkəyə, o cümlədən Azərbaycana ixrac edirik.

İlk növbədə, "BakuBuild" sərgisinin təşkilatçılarına əməklərinə görə təşəkkürümü bildirmək istəyirəm. Sərgi ən yüksək səviyyədə keçdi. Sərgidə bir çox xarici şirkət və bir çox sahə mütəxəssisi var. Türk, özbək, alman şirkətlərinin nümayəndələri ilə söhbət etdim. Belarus istehsalçı şirkətlərimizin iştirakı sevindirici haldır.

Mebel şirkətinin nümayəndəsi olaraq sərginin bu seqmenti məni maraqlandırdı. Daxili qapılar və giriş qapılarının markaları ilə diqqətlə tanış oldum, mebel və ağacdan digər məhsul nümunələrinə göz gəzdirdim. Müqayisə etdim, həmkarlarımla təcrübə mübadiləsi apardım. Qeyd edim ki, sərginin iki günü ərzində bir çox Azərbaycan şirkətləri əməkdaşlıq təklifinə cavab veriblər.

Bakı sərgisi bu cür tədbirlərin keçirilməsinin vacibliyini və zəruriliyini bir daha təsdiq etdi. Sərgilər olmasa, məhsulun təşviqi azalacaq. Sərgilərdə həmkarlar və tərəfdaşlar təcrübə mübadiləsi aparır, sahənin aktual məsələlərini üz-üzə müzakirə edir, faydalı işgüzar əlaqələr qururlar.


TƏRƏFDAŞLAR

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN