Xəbərlər

BakuBuild - “BakuBuild” ölkəmizin inkişafını effektiv şəkildə nümayiş etdirir

“BakuBuild” ölkəmizin inkişafını effektiv şəkildə nümayiş etdirir

21.10.2022

Xəbərlər

Müşfiq Əsədov, “Royal HaskoningDHV” şirkətinin layihə administratoru

- Şirkətimizin əsas ixtisaslaşma sahəsi tikinti sektorunda məsləhətçi xidmətləri, tikintinin keyfiyyətinə nəzarət, layihələndirmə və təhlildir. Biz artıq tikinti sərgisində iştirak etmişik və bu, bizə imkan verir ki, bu sərgini müxtəlif nöqteyi-nəzərlərdən qiymətləndirək.

Mən ölkəmizin, o cümlədən tikinti sektorunun inkişafını effektiv şəkildə nümayiş etdirən, Azərbaycana əməkdaşlıq təklif edən yeni şirkətləri təqdim edən “BakuBuild” sərgisini yenidən məmnuniyyətlə ziyarət etdim.

Hesab edirəm ki, bu sərgi bütün ziyarətçilərin özünüinkişafına müsbət təsir göstərir. Burada biz yeni məhsul və xidmətlər, müasir texnologiyalar haqqında məlumat alır, bu yenilikləri müzakirə və müqayisə edir, mütəxəssislər və dizaynerlər ilə məlumat mübadiləsi aparırıq. İşimiz üçün lazım olan bütün məlumatları ekspo mərkəzin vahid məkanında əldə etmək imkanı yaratdıqlarına görə bu sərginin təşkilatçılarına təşəkkür etmək istərdim.

Keçən ilki sərgi ilə müqayisədə, məncə, bu il burada daha çoxşaxəli şirkətlər var. Bu sərgi ilə eyni vaxtda keçirilən “Rebuild Karabakh” sərgisində bir çox belə müəssisə təmsil olunur ki, bu da, tamamilə başa düşüləndir. Hazırda bu regionda müxtəlif genişmiqyaslı və böyük həcmli bərpa və tikinti işləri aparılır. Orada bütün sahələrdən olan şirkətlərə böyük tələbat var. Şirkətimizin yolların, körpülərin və ictimai infrastruktur binalarının tikintisində layihələndirmə və keyfiyyətə nəzarət xidmətləri göstərdiyini nəzərə alaraq, Qarabağ bölgəsində artıq fəaliyyət göstərən və ya fəaliyyət göstərməyi planlaşdıran şirkətlərin nümayəndələri ilə ünsiyyət qurmaq mənim üçün maraqlı oldu.

Tərəfdaşlar