Xəbərlər

BakuBuild - Tanınmış Moskva şirkətlərinin birləşmiş stendi

Tanınmış Moskva şirkətlərinin birləşmiş stendi

21.10.2022

Xəbərlər

Yekaterina Jeleznyakova, Moskva İxrac Mərkəzinin Beynəlxalq Tərəfdaşlıq Departamentinin rəhbəri

Moskva İxrac Mərkəzi Moskvadan olan ixracatçıları və kiçik və orta həcmli müəssisələri dəstəkləyir. Biz ilk dəfədir ki, “BakuBuild” sərgisindəyik. Sərgi böyük və maraqlıdır və biz burada böyük məmnuniyyətlə iştirak edirik.

Burada biz 18 Moskva şirkətini təmsil edən birgə stend təşkil etdik. Onların arasında işıqlandırma məhsulları, metal emalı üçün almaz tiyəli avadanlıqlar, dekorativ keramika məmulatları, polimer tikinti materialları, küçə işıqlandırma avadanlıqları, alüminium hasarlar və smart domofon istehsalçıları var.

Biz bir neçə ixtisaslaşmış şirkəti bir araya gətirməyə çalışdıq, bu da, bütün iştirakçıların stendində ekspozisiya nümayişinin və birgə işin effektivliyində özünü büruzə verdi. Sərgi bizim üçün yaxşı keçir. Yerli və xarici ekspertlərlə işgüzar görüşlər və danışıqlar aparılıb. Təbii ki, məhsullarımıza nəzərəçarpacaq dərəcədə maraq var.

Ümid edirik ki, gələcək görüşlər daha da məhsuldar və uğurlu olacaqdır.

Mən “BakuBuild” sərgisini biznesə dəstək üçün mühüm vasitə kimi xarakterizə edə bilərəm. Şirkətimiz daim işgüzar səfərlərdə və sərgilərdə fəal iştirak edir. Həmin sərgilər çox populyardır və Moskvanın bir çox şirkəti getdikcə daha geniş ekspozisiyalarla bu cür tədbirlərdə iştirak edir.


Tərəfdaşlar