Xəbərlər

BakuBuild - Köhnə problemlərin həlli yollarının yeni nəsli

Köhnə problemlərin həlli yollarının yeni nəsli

21.10.2022

Xəbərlər

Filip Anoxin, “Line17” şirkətinin direktoru, Azərbaycan

Bizim "Line17" şirkətimiz villaların, restoranların, kafelərin interyer və eksteryerlərinin dizaynı ilə məşğul olur. Mən dəfələrlə “BakuBuild” sərgisini ziyarət etmişəm. Bakıda qabaqcıl materialların seçim imkanı məhduddur, müştərinin istəyinə uyğun müasir məhsullar tapmaq heç də həmişə mümkün olmur. Ona görə də mən yeni təchizatçılar tapmaq üçün həmişə buraya gəlirəm.

Bu il sərgi maraqlı keçir, mən özüm üçün faydalı məlumatlar əldə edə, yeni məhsullar haqqında məlumat ala bildim. Ən çox bir Türkiyə brendinin perlit suvağı xoşuma gəldi. Bu köhnə problemlərin həll edilməsi üsullarının yeni nəslidir.

Biz sərgidəki iştirakçıların və ziyarətçilərin sayından razıyıq. Bu, o deməkdir ki, bir çox insan öz brendlərini təqdim etmək, yeni məhsullara diqqət cəlb etmək istəyir. Mən ukraynalı istehsalçıların sərgi iştirakçıları arasında olmasını istərdim.

Sərgi həmişə köhnə dostlar və həmkarlar ilə görüşməyə imkan verir, yeni müştərilər qazanmağa kömək edir. Burada qurulan dostyana və səmimi əlaqələr sayəsində gələcəkdə səmərəli işgüzar münasibətlər formalaşacaq.

Tərəfdaşlar