Xəbərlər

BakuBuild - Dam və fasad panellərinin geniş istehsalı

Dam və fasad panellərinin geniş istehsalı

22.10.2021

Xəbərlər

Can İbrahim Uner, “AssanPanel” şirkətinin İxrac satışı üzrə meneceri

Şirkət ən böyük sendviç panel istehsalçılarından biridir. Şirkətin Türkiyədə üç istehsal xətti var. Həmçinin, xarici örtüklər, soyuq kameralar və fabriklər üçün dam və fasad panelləri istehsal edirik.

Bu ildən etibarən Azərbaycana sərmayə yatırmışıq. Sumqayıt şəhərində materiallarımızın istehsalını həyata keçirən fabrik açılıb. Azərbaycan bazarı bizim üçün çox vacibdir. Qarabağda tikinti işlərinin başladığını nəzərə alsaq bizim şirkət yerli həmkarları ilə əməkdaşlıq edərək bu əhəmiyyətli layihəyə öz töhfəsini verməyi planlaşdırır.

Bu gün stendimizdə müxtəlif qalınlıqda və rənglərdə dam örtükləri və divar panelləri, boyalar və laklar nümayiş olunur. İşığın evə daxil olmasına imkan verən polikarbonat təbəqələr, damların, fasadların və döşəmələrin izolyasiyası üçün “AssanBoard” izolyasiya lövhələri, müxtəlif aksessuarlar, eləcə də “Assan PU” seriyasına daxil olan tikinti yapışdırıcıları və mastikalar təklif edirik.

Şirkətimiz sərgidə həvəslə iştirak edir, çünki burada bir çox şirkətin məhsullarını və təkliflərini öyrənə və təhlil edə, bu sektordakı yenilikləri öyrənə, yeni müştərilər seçə bilərik. Bu əlamətdar hadisə münasibətilə həmkarlarımızı və forumun qonaqlarını təbrik edirik!