Xəbərlər

BakuBuild - Yeniliklərimiz xüsusi ilə fərqlənir

Yeniliklərimiz xüsusi ilə fərqlənir

17.10.2021

Xəbərlər

Kamran Eyyubov, Master Tools şirkətinin direktoru  

10 ildən çoxdur ki, beynəlxalq səviyyədə fəaliyyət göstərən Master Tools şirkəti Azərbaycan ərazisindəki - inşaat, neft və qaz sənayesində istifadə olunan dünyanın ən nüfuzlu markalarının idxalını həyata keçirir. Qeyd etmək lazımdır ki, şirkətimiz dünyanın məşhur və aparıcı brendləri ilə əməkdaşlıq edərək sənaye avadanlıqları, ehtiyyat hissələri, elektrik avadanlıqları, elektrik əl alətləri, qaynaq avadanlıqları və ehtiyyat hissələri, elektrik ölçü və test cihazları, sənaye boyaları, kimyəvi maddələr və bu kimi digər məhsullar ilə müştərilərini təmin edir. Master Tools Amerikanın MİLLER və HOBART, Almaniyanın BOSCH, LOCTİTE və WERKO, İsveçrənin ELGA, Türkiyənin PERMOLİT, İZELTAŞ, YILDIZ, EGESAN, Yaponiyanın KAWASAKİ və HONDA və bir sıra başqa dünya brendləri ilə əməkdaşlıq edir. Həmin şirkətlərin qaynaq aparatları, elektrod çubuqları və qaynaq telləri, professional elektrik əl alətləri, boyaları və cilaları, dəmir kəsmə və bükmə avadanlıqları, yük qaldırıcı vasitələri, su nasosları və bir çox müxtəlif növ məhsullarımız sərgi ziyarətçilərinə təqdim olunacaq.

Bunlardan yeni növ texnologiya olan Miller  firmasının qaynaq aparatları digər avadanlıqlardan xüsusi ilə fərqlənir. Dizel və elektrik  ilə çalışan müasir avadanlıqlarımız vasitəsilə daha uzaq məsafədən eyni zaman ərzində qaynaqçı və digər elektrikli əl işlərini daha tez və səmərəli formada həyata keçirə bilərsiniz. Həmçinin bu avadanlıqları digərlərindən fərqləndirən əsas xüsusiyətlərdən biri çoxfunksiyalı (elektrod, qazaltı, arqon, karbon və s) olmasıdır. Xüsusi ilə vurğulamaq istərdik ki, bu avadanlıqlar uzaq məsafədən, istənilən növ qaynaq prosesini həyata keçirə bilir və sizə 100 mt yüksəklikdə çalışmaq imkanını verir. Digər firmalardan fərqli olaraq Miller firması sizi 3 illik qızıl zəmanətlə təmin edir. Bildiyimiz kimi kök qaynaqlarında elektrod istifadə olunur ancaq biz sizə işinizin daha keyfiyyətli və sürətli olması üçün yeni Amerika istehsalı olan Hobart markalı Megafil 710M təklif edirik. Megafil 710M vasitəsilə zamana qənaət edərək keyfiyyətli nəticə əldə edəcəksiniz.

Hal hazırda Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun igidliyi sayəsində işğaldan azad edilmiş Qarabağ bölgəsində yenidənqurma, şəhərsalma, abadlaşdırma işləri sürətlə irəliləyir. Master Tools şirkəti olaraq Qarabağ bölgəsində quruculuq işlərinə qatılmaq üçün ən son texnologiyalarla təchiz olunmuş yeni şöbə və mağazalarımızı açmağı planlaşdırırıq.

Bildiyiniz kimi ixtisaslaşmış sərgilər avadanlıqlarımızın nümayişi üçün xüsusi əhəmiyyət kəsb edir. Lakin qeyd etməliyik ki, məcburi fasilə bir çox sahədə olduğu kimi, həmçinin bizim sahədə də öz mənfi təsirini əks etdirib. BakuBuild sərgisindən yeni əlaqələrin qurmağını və nəticə olaraq yeni müqavilələrin bağlanmasını gözləyirik.