Xəbərlər

BakuBuild - “TEPLOPANEL” istilik paneli texnologiyası istənilən region üçün uyğundur 

“TEPLOPANEL” istilik paneli texnologiyası istənilən region üçün uyğundur 

13.10.2021

Xəbərlər

Dmitriy Nikitin, “STROYNET” MMC-nin İnkişaf üzrə direktoru

 

- “STROYNET” şirkəti binaları 52%-ə qədər qənaətlə rahat isitməyə və soyutmağa imkan verən Rusiyanın ən son nəsil iqlim avadanlıqları istehsalçısıdır. Həmçinin, bu texnologiya sayəsində istilik və soyuq generatorun gücü, yanğın riski və işçilər arasında xəstəlik halları sayı azalır. Məhsullarımızın üstünlükləri arasında istehlak materiallarının texniki baxışı və dəyişdirilməsi tələbinin olmaması, mobil telefon və ya kompüter vasitəsilə İnternet üzərindən temperaturu uzaqdan idarə etmək imkanı, tezalışan və partlayıcı maddələrin saxlandığı yerlərdə tətbiq etmə imkanı, havaya emissiyanı 50%-ə qədər azaldan “yaşıl texnologiyalar”dan istifadə və s. yer alır.

“BakuBuild 2021” sərgisində iş mexanikasını və istilik texnologiyasını anlamağa imkan verən sərgi nümunəsi təqdim ediləcək. Bizim aşağı temperaturlu şüalı su avadanlıqlarımız qazan avadanlıqlarının satın alınması üçün kapital xərclərini, eləcə də aylıq istismar xərclərini azaltmağa imkan verir. Bu texnologiya istənilən region və ya respublika üçün uyğundur. İstilik paneli sistemləri istehsal sexlərində, ticarət mərkəzlərində, kənd təsərrüfatı və heyvandarlıq obyektlərində, anbar və anqarlarda, sərgi mərkəzlərində, restoranlarda və idman obyektlərində quraşdırıla bilər. Bina nə qədər çox olsa, qənaət də o qədər böyük olar.

Sərgilər, şübhəsiz ki, şirkətin tanıdılmasında böyük rol oynayır. Sərgilərin keçirilməsində yaranan fasilənin müsbət cəhəti də ola bilər, məsələn, bu, sərgiyə daha yaxşı hazırlaşmağa imkanı verdi və MDB-nin digər regionlarında məhsullarımıza daha çox tələbat yaratdı. Biz Bakıya səfər etməyi və həm həmkarlarımız, həm də potensial sifarişçilər ilə görüşməyi səbirsizliklə gözləyirik.