Xəbərlər

BakuBuild - Bu il Qarabağda görüləcək işlərə 1,3 milyard ABŞ dolları xərclənəcək

Bu il Qarabağda görüləcək işlərə 1,3 milyard ABŞ dolları xərclənəcək

17.03.2021

Xəbərlər

Fineko/abc.az. 2018-2019-2020-ci illərdə müvafiq olaraq 8,8%, 6,1% və 15,2% kiçilmiş Azərbaycanın tikinti sektoru Qarabağda aparılan bərpa və yenidənqurma işləri hesabına 2021-ci ildə 9,1%, 2022-2025-ci illərdə isə hər il 4,4% böyüyəcək.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu proqnozla Böyük Britaniyanın paytaxtı Londonda fəaliyyət göstərən “Global Data” konsaltinq şirkəti çıxış edib.

Şirkət son 3 ildəki geriləməni əsasən neft qiymətlərinin azalması, koronavirus pandemiyası ilə izah edib.

"Azərbaycan hökuməti bu il Qarabağda görüləcək işlərə 1,3 milyard ABŞ dolları xərcləməyi planlaşdırır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bölgədə 2 661 km yolun təmir ediləcəyini və yaxud yenidən qurulacağını açıqlayıb", - şirkətin açıqlamasında qeyd olunub.


2021 üçün yerlərini təsdiq edən şirkətlər

Tərəfdaşlar