Xəbərlər

BakuBuild - “BakuBuild” sərgisinin iştirakçıları: "21-ci ildə sərgiləri gözləyirik"! “BakuBuild” sərgisinin iştirakçıları: "21-ci ildə sərgiləri gözləyirik"!
08.12.2020

Xəbərlər

Ötən il keçirilmiş sərginin 70%-dən çox eksponenti “BakuBuild 2021” sərgisində iştirak etmək üçün müqavilələri yeniləmişdi. Təəssüf ki, pandemiya səbəbindən sərgi təxirə salındı, lakin iştirakçılar səbirsizliklə 2021-ci ildə keçiriləcək sərgini gözləyirlər. 

Apardığımız kiçik bir araşdırma göstərdi ki, iştirakçılarımız ənənəvi sərgiləri  onlayn tədbirlərdən üstün tuturlar. Ümumiyyətlə, arqumentlərin xülasəsi fonunda belə nəticəyə gəlirik ki: “Həmsöhbətinizi görmədiyiniz zaman etibarlı və emosional münasibətlər qurmaq çox çətindir, sanki heç bir qarşılıqlı əlaqə yoxdur və onlayn sərgilərin ziyarətçiləri “ölü canlar” kimidir - onları görmək, hiss etmək mümkün deyil. Sərgidə isə məhsul və xidmətlərinizi ətraflı şəkildə təqdim edə, geniş müştəri auditoriyasının diqqətini qazana, bazarın inkişafının xüsusiyyətləri və əsas rəqiblər haqqında məlumat ala bilərsiniz”. Bu fikri “Forbes Russia” jurnalı A. Vladimirskayanın məqaləsində təsdiqləyir: (https://www.forbes.ru/karera-i-svoy-biznes/412787-begite-iz-kompaniy-gde-vas-obescenivayut-kak-covid-lishil-nas-priznaniya): “Oflayn konfransların olmaması və onlayn formatlara olan marağın xeyli azalması hətta ən yaxşı müvəffəqiyyəti belə “nağdlaşdırmağa” imkan vermir – işinizdən xəbər tutan heç kim əlinizi sıxmayacaq. Oflayn iştiraksız sanki heçnə ciddi deyil”.

Bizim iştirakçıların fikrincə, bu gün ən uğurlu biznes növü oflayn və onlayn görüşlərin qarışığıdır. Üstəlik, ilk növbədə lazımlı yerdə, lazımlı şəxs ilə canlı görüş olmalıdır. Sonra isə danışıqları onlayn formata keçirərək, texniki məsələləri müzakirə edə bilərsiniz. Onlayn görüşlərin də üstün cəhətləri var – burada vaxta və bəzən hətta pula da qənaət etmiş olursunuz. Lakin gələcək tərəfdaşlığın təməli yenə də canlı görüşlərdə qoyulmalıdır - burada potensial tərəfdaşınız, onun təqdim etdiyi məhsul və ya xidmət haqqında unikal məlumat əldə edərək, məhsulunuzu tam şəkildə təqdim edə və yerində gələcək saziş barədə razılığa gələ bilərsiniz.


2021 üçün yerlərini təsdiq edən şirkətlər

Tərəfdaşlar