EN
RU
Şəxsi kabinet
26-cı Azərbaycan Beynəlxalq
İnşaat Sərgisi

20 - 22 oktyabr 2021 Bakı Ekspo Mərkəzi
bakubuild

Stendin rezervasiyası

Videoqalereya

Dəvətnaməni əldə edin

İştirakçıların siyahısı
BakuBuild - Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müşaviri Rüfət Mahmud ilə müsahibə
Media мərkəz » Xəbərlər

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müşaviri Rüfət Mahmud ilə müsahibə
29.04.2020

Xəbərlər

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müşaviri Rüfət Mahmud ilə müsahibə

Xüsusi karantin rejimi ilə əlaqədar olaraq tikinti sektorunda işlərin ləngiməməsi üçün Komitə tərəfindən hansı işlər görülür?

"Xüsusi rejim müddətində tikinti sahəsində öz işlərini davam etdirmək istəyən sahibkarların tikinti obyektlərinin tikintisi və istismarına icazə almalarını təmin etmək üçün Komitənin “Bir pəncərə” elektron müraciət sistemi vətəndaşların xidmətindədir.

Komitə tərəfindən istifadəyə verilmiş bu sistem vasitəsilə tikinti niyyəti olan hər bir iş adamı olduğu yeri tərk etmədən elektron qaydada müraciət edə bilər. Onu da qeyd edim ki,  ötən ilin fevral ayında istifadəyə verilmiş sistem ilkin mərhələdə yalnız Bakı şəhərini əhatə etsə də, artıq bu gün bütün rayonlarda rahatlıqla fəaliyyət göstərir və bu günədək çoxsaylı müraciətlər daxil olmuşdur. Müraciətlərə heç bir gecikmə olmadan, müəyyən edilmiş vaxt çərçivəsində baxılır. 

Sahibkar elektron imzasından istifadə edərək, tələb olunan tikinti layihə və torpaq mülkiyyətini təsdiq edən sənədlərini yükləməklə bundan sonra olan prosesi onlayn şəkildə müşaiət edə bilər. Bununla yanaşı, ödənişli olan xidmətlərn tariflərini portalda yerləşdirilmiş kalkulyator vasitəsilə öyrənib hesablanmış ödənişi onlayn şəkildə keçirə bilər. Qeyd olunmalıdır ki, tikintiyə və ya istismara icazələr kağız daşıyıcı üzərində saxlanılması tələb olunmur və verilmiş icazəyə Komitənin reyestrində saxlanılır.   

Prosedur barədə daha ətraflı məlumatı Komitənin rəsmi internet səhifəsindən https://www.arxkom.gov.az/ əldə edə bilərsiz.

Ümumiyyətlə, bildiririk ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi öz növbəsində işini məhdud sayda əməkdaşlarla davam etdirir və Komitənin vəzifə çərçivəsində fəaliyyətinin davam etdirilməsi  təmin olunur. Bu həm şəhərsalma planlama sənədlərinin  hazırlanması, həm də Tikinti Dövlət Reyestrinin aparılması, müvafiq nəzarətin aparılması və digərlərinə aiddir.

Misal üçün, Baş Planları hazırlayan şirkətlər evlərində işləsələr də, Komitənin nümayəndələri şirkətlərin ekspertləri ilə daimi ünsiyyətdədirlər və gündəmdə olan məsələləri operativ şəkildə həll edirlər".



2021 üçün yerlərini təsdiq edən şirkətlər

Tərəfdaşlar