EN
RU
Şəxsi kabinet
26-cı Azərbaycan Beynəlxalq
İnşaat Sərgisi

21 - 23 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
bakubuild

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

İştirakçıların siyahısı

Videoqalereya
BakuBuild - “BakuBuild” sərgisinin iştirakçıları ilə “sual-cavab” rubrikası
Media мərkəz » Xəbərlər

“BakuBuild” sərgisinin iştirakçıları ilə “sual-cavab” rubrikası
24.04.2020

Xəbərlər

Əziz dostlar!

“BakuBuild” sərgisinin iştirakçıları ilə “sual-cavab” rubrikamızı sizə təqdim edirik!

Suallarımızı NABUCCO A&C şirkətinin rəhbəri Kamaləddin Mənsimov cavablandırdı.

1. COVID19-un biznesinizə neqativ təsirini azaltmaq üçün hansı tədbirlər görürsünüz?

"Məlum fövqəladə haldan öncə görüşdüyümüz və təklif hazırladığımız müştərilər və əməkdaşlıq etdiyimiz şirkətlərlə daimi olaraq online əlaqə saxlamağa davam edirik. Müştərilərimiz və digər şirkətlərlə əlaqələrimizi bu minvalla öz axarında davam etdirmək hər kəsə bizim bazarda olan mövcudluğumuzu, fəaliyyətimizə tam fasilə vermədiyimizi və istənilən çətin vəziyyətdə işimizi axsatmayacağımızı göstərir. Bununla da şirkətimizin imicini qorumuş oluruq və bu bizi neqativ hallardan qoruyur. Hər kəs şahid olur ki, karantin qaydalarına tam riayət edirik və bu qaydalar bizə evdən işləməyimizə mane olmur. Tikintisi davam edən layihəmiz də var. Lazım və vacib olan bütün zəruri təhlükəsizlik tədbirləri görülür. Tikinti davam edir. Sahədə bütün karantin tələblərini tətbiq etdirik: "İşçilər normativə uyğun maska ilə işləyir, şəxsi gigiyena üçün bütün antiseptiklərlə təmin olunublar, ustalarımız açıq havada belə bir - birilərinə ən az 2 metrə qədər məsafədən işləyirlər. Sahə rəisi tərəfindən gündəlik təhlükəsizlik qaydaları ilə bərabər karantin tələbləri ilə də təlimatlandırılırlar".  Əməkdaşlarımızı xərc olaraq deyil, şirkətimizin sütunları olaraq görürük. Bununla da işimizə heç bir neqativ hal təsir etmir".

2. Xüsusi karantin rejimi bitdikdən sonra qarşınıza hansı məqsədləri qoyursunuz, gələcəyə planlarınız nədir?

"İstər xüsusi karantin rejimi, istərsə də normal yaşam şərtləri altında bütün öndə gedən şirkətlərin gələcəyə dair planları və məqsədləri olur. Əlbəttə bu danılmaz bir faktdır ki, hər an iş prinsipləri, planlar, məqsədlər və hədəflər dəyişə bilər. Bu dəyişikliyə bir çox amilin səbəb ola biləcəyi hər kəsə məlumdur. İstənilən halda dəyişən planlar alınan qərarların nəticəsini zamanla göstərir. Odur ki, biz NABUCCO A&C olaraq  ənənəyə sadiq qalaraq gələcək planlarımızın məxfi saxlanılmasının tərəfdarıyıq. Çünki hər bir fövqaladə hal və ya gözlənilməyən kriz yeni imkanlar yaradır. Biz artıq bu istiqamətdə gələcək hallar üçün çalışmalarımızı artırmaq fikrindəyik. Dünya dəyişir. 50 - 100 il və ondan da əvvəl alınan qərarlar, doğru sanılan planlar artıq yeni zaman şərtlərinə ayaq uydura bilmir. Zənnimcə bu gün nəzərə alınan qərarlar öncəkilərə nisbətən daha qısa zaman üçün doğru sayılacaq, bu qərarların ömrü daha az olacaq. Bundan daha səmərəli istifadə etmək lazım olduğu qənaətinə gəlirik. Ona görə şirkətdaxili məxfilik siyasətini qoruyaraq gələcək planlarımızı gizli saxlayırıq".



2020 üçün yerlərini təsdiq edən şirkətlər

Tərəfdaşlar