EN
RU
Şəxsi kabinet
26-cı Azərbaycan Beynəlxalq
İnşaat Sərgisi

21 - 23 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
bakubuild

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

İştirakçıların siyahısı

Videoqalereya
BakuBuild - “BakuBuild” sərgisinin iştirakçıları ilə “sual-cavab” rubrikası
Media мərkəz » Xəbərlər

“BakuBuild” sərgisinin iştirakçıları ilə “sual-cavab” rubrikası
17.04.2020

Xəbərlər

Əziz dostlar!

“BakuBuild” sərgisinin iştirakçıları ilə “sual-cavab” rubrikamızı sizə təqdim edirik!

Suallarımızı "NB Group" ASC-nin marketinq şöbəsinin müdiri Mahir Quliyev cavablandırdı.

1. COVID 19-un biznesinizə neqativ təsirini azaltmaq üçün hansı tədbirləri görürsünüz?

“Əvvəla dəyərli oxucularımızı salamlayırıq. Bu çətin günlərdə onlara sağlam qalmağı arzu edirik.

Hazırki dövr nəinki ölkəmizdə, ümumən dünya iqtisadiyyatında gedən proseslər sahibkarlığa ciddi şəkildə mənfi təsirlər göstərir. Bu təsirlər təbii ki, ölkəmizdən də yan keçmir. Bu mənfi təsirlərin aradan qaldırılması üçün dövlətimizin gördüyü tədbirlər təqdirəlayiq haldır. Bununla yanaşı bizim də öz növbəmizdə hərəkətsiz qalmağımız düzgün deyil. Məlum məsələyə görə insanların evdən çıxmaması, iş yerlərinin fəaliyyətini müvəqqəti dayandırması bizim də işləri tam icra etməyimizə maneədir. Çünki biznes bir bütün halda olduqda canlıdır. Biznes yalnız sahibkarın və ya müəssisənin deyil, həm də insanların qaynayıb qarışması ilə, xülasə olaraq fəaliyyəti ilə birbaşa bağlıdır.

Fəaliyyətimizlə biznesə təsiri azaltmaq yolunda qlobal pandemiyanın elan olunduğu ilk günlərdən biz də qabaqlayıcı tədbirləri görmüşük. Bildiyiniz kimi, bizim müəssisənin istehsalı lak-boya məhsulları, inşaat və sənaye boyaları, yapışdırıcılar, gips və sement əsaslı məhsullar, sabunlar, yuyucu vasitələr və bu kimi məhsullardan ibarətdir. Dolayısı ilə istehsal sahəmiz kimya sənayesi olduğundan çalışmasına icazə verilmiş sahələrdəndir. Biz bu günlərdə istehsal sahələrimizi, ofislərimizi bütün zəruri tibbi ləvazimatlarla təmin etmişik. İstehsal sahələrimiz plana uyğun şəkildə fəaliyyətini davam etdirir. Satış şöbəmiz daxil olan sifarişlərin vaxtında icra olunması üçün tam gücü ilə çalışır. Daxil olan bütün sifarişlər avto nəqliyyat vasitələrimizlə ünvanlara çatdırılır. Müştərilərdən gələn zəruri məhsul tələbini tam şəkildə icra edə bilirik. Bununla yanaşı online tenderlərdə də iştirak edirik. Dövlət sifarişləri və işini davam etdirən tikintilərin məhsul tələbləri ödənilir.

Xüsusi karantin rejiminin elan olunduğu ilk günlərdən biz müştərilərimiz üçün yeni kampaniyanı işə salmışıq. Belə ki, NB Group istehsalı olan Corella, Bermuda və Muflon markalı hər bir 25 kq məhsulun içərisində dəyəri 200 azn-ə qədər olan hədiyyələr yerləşdirilib. Bu sayədə bizim məhsulları əldə edən hər kəs hədiyyələrini də əldə edəcəkdir. Bundan əlavə Azpol markalı keramik yapışdırıcı məhsullarımızın da, hər birində bol-bol danışıq dəqiqələri öz qüvvəsində qalır.

Müəyyən kampaniyalarımız da var ki, aprel-may aylarında keçirilməsi planlaşdırılır.

Biznesi davamlı işlək halda saxlamaq bizim üçün çox vacibdir. Bir tərəfdən vergi öhdəliklərimizi yerinə yetirmək üçün, digər tərəfdən də işçilərin əmək haqqlarının vaxtlı-vaxtında ödənilməsi üçün. Çünki zavodumuzda çalışan 500 dənçox işçinin hər birini bir ailə başçısı hesab etsək, onların ay sonunda məvacib almaları və ailələrini təmin etmələri məsələsi də vacibdir.

Əlavə olaraq qeyd etməliyik ki, NB Group ASC nəzdində fəaliyyət göstərən ALEV ticarət nişanlı sabun və yuyucu vasitələrinin də istehsalı tam gücü ilə davan etməkdədir. Xüsusilə karantin dövrü üçün gigiyenik vasitələrə tələbat artmışdır. Bunun üçün də ALEV yuyucu və təmizləyici vasitələri və ALEV sabunları əhalinin sağlamlığının keşiyindədir”.

  1. Xüsusi karantin rejimi bitdikdən sonra qarşınıza hansı məqsədləri qoyursunuz, gələcəyə planlarınız nədir?

“İlin əvvəlindən qarşıya qoyulmuş müəyyən planlarımız vardır. Bunların çox az bir qismi yanvar və fevral aylarında icra olunmuşdur. Mart ayından etibarən görəcəyimiz işlərin müəyyən qədərini ertələməli olmuşuq. Bu işlərdən biri də İyun ayının əvvəlində təşkil olunmalı olan “Xəzər beynəlxalq nef-qaz sərgisidir”. Bildiyiniz kimi həmin sərgi 2021 ci ilin eyni vaxtına qədər ertələnmişdir. Amma oktyabr ayına nəzərdə tutulmuş “İnşaat sərgisi” üçün hazırlıqlarımızı davam etdiririk. Bu sərgidə ziyarətçilər yeniliklərimizlə tanış ola biləcəklər.

Ertələnmiş bir çox bu kimi planlarımız var. Lakin, bu nüanslar bizi həvəsdən salmır. Daha ciddi şəkildə çalışmağımız və post-karantin dövrü üçün qarşıya qoyulmuş vəzifələrimizi icra etməyimiz lazımdır.

Müəyyən aksiyalar, tədbirlər və işlər planı vardır ki, bizdən asılı olmayan səbəblərdən ertələnmişdir. Hər hansı bir BTL tədbirlərin keçirikməsi, sərgilərdə iştirak, müştərilər üçün yığıncaqlar və s. üçün əhalinin toplu olması lazımdır. Karantin dövründən sonra olan planlarımıza tamamilə yeni reklam kampaniyaları da daxildir. Bizimlə çalışan, bizi izləyən hər kəs bunu bilir ki, biz həm keyfiyyətli məhsul istehsalçısıyıq, həm uyğun qiymətlərə istənilən məhsulu istehsal edə bilirik, həm də bununla yanaşı müştərilərimizə hər il müəyyən tədbirlərlə əlavə qazanclar, üstünlüklər veririk. Nümunə üçün qeyd edim ki, bizi izləyənlərin böyük hissəsi yay mövsümündə məhsullarımızla yanaşı sosial şəbəkə səhifələrimizdən dəyərli hədiyyələr əldə edəcəklər.

Tamamilə yeni işlənib hazırlanmış mebel qrupu boyalarımız üçün də, planlarımız mövcuddur. Bildiyiniz kimi biz mebel boyaları sahəsində Azərbaycanda ilk belə bir müəssisəyik. Bundan öndə geniş çeşiddə mebel boyaları istehsalı olmamışdır. İstifadədə olanlar isə yalnız idxal olunan məhsullar olmuşdur. NB Group ASC olaraq hələ ötən il Gəncə şəhərində Azpol mebel boyalarının konseptual mağazasının açılışını etmişdik. Gələcəyə olan planlarımız isə Bakı şəhəri ilə yanaşı Azərbaycanın bütün bölgələrinə mebel qrupu boyalarını təqdim etməkdir.

İnanırıq ki biz birlikdə hərəkət edərək bütün çətinliklərin öhdəsindən gələcəyik.

Bunun üçün əlimizdən gələn hər bir işi məsuliyyətlə icra edəcəyik.

Çünki, biz birkildə güclüyük!”



2020 üçün yerlərini təsdiq edən şirkətlər

Tərəfdaşlar