EN
RU
Şəxsi kabinet
26-cı Azərbaycan Beynəlxalq İnşaat Sərgisi
21 - 23 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
bakubuild

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

İştirakçıların siyahısı

Sərgi qəzeti
BakuBuild - “BakuBuild 2019” sərgisi: Azərbaycanın inşaat sənayesinin etibarlı işgüzar platforması
Media мərkəz » Xəbərlər

“BakuBuild 2019” sərgisi: Azərbaycanın inşaat sənayesinin etibarlı işgüzar platforması
25.10.2019

25 oktyabr tarixində Bakı Ekspo Mərkəzində ənənəvi olaraq “Xəzər İnşaat Həftəsi” çərçivəsində keçirilən 25-ci Azərbaycan Beynəlxalq “İnşaat” (“BakuBuild 2019”) sərgisi öz işini yekunlaşdırıb. Ziyarətçilər dörd gün ərzində dünyanın 23 ölkəsini təmsil edən 280 şirkətin yeni məhsul və ticarət təklifləri ilə tanış olublar.

Bu il əsas inşaat sərgisi öz mötəbər yubileyini - uğurlu fəaliyyətinin 25 illiyini qeyd edib. 1995-ci ildə təsis edilmiş sərgi bu illər ərzində dünyanın 35 müxtəlif ölkəsini təmsil edən təxminən 5000 şirkəti bir araya gətirib. Sərgi öz yubileyini yeni loqotiplə qeyd edir. Sərginin təntənəli açılış mərasimində çıxış edən Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov qeyd edib ki, sərgi ildən-ilə öz potensialını artırır və inkişaf edib genişlənməklə, yeni parlaq tərəfləri ilə yadda qalır.  

Xarici ekspertlər vacib bir faktı qeyd ediblər: Azərbaycanın hüdudlarından çox uzaqlarda da tanınan “BakuBuild” sərgisi işgüzar əlaqələrin qurulduğu, inşaat sənayesi üçün innovativ texnologiya və avadanlıqların nümayiş olunduğu etibarlı işgüzar platforma kimi özünü doğruldub. “BakuBuild” sərgisinin xidmətlərini qiymətləndirməmək olmaz, məhz sərgi vasitəsi ilə ölkə bazarında yeni texnologiyalar tətbiq edilir və investisiyalar cəlb olunur.

Xarici stendlərin iştirakı onların yerli bazara olan marağını, Azərbaycan iqtisadiyyatına töhfə vermək niyyətini göstərir. “BakuBuild” sərgisi həmişə keyfiyyət və kəmiyyət effekti ilə səciyyələnib. Yerli brendlə çıxış edən Azərbaycan şirkətlərinin geniş tərkibdə iştirakı sevindirici haldır. Sərginin uğurlu inkişafına təşkilatçıların Almaniya, Polşa, İtaliya, Rusiya, Türkiyə və Dubayı təmsil edən tərəfdaşları dəyərli töhfə verib.

Ötən il ilə müqayisədə “BakuBuild” sərgisi 10% böyüyüb. İştirakçıların coğrafiyası Avropa, Asiya, Amerika və MDB ölkələrini əhatə edir. Həmçinin sərgidə Rusiya Federasiyasını 11 regional stend təmsil edirdi.  

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi “BakuBuild” sərgisində mikro, kiçik və orta biznesə dəstək proqramı çərçivəsində çıxış edib. Bu sərgi “B2B” əlaqələrin qurulması baxımından şəksiz fayda gətirib və beynəlxalq əməkdaşlığın qurulmasında effektli platformaya çevrilib.

 “BakuBuild 2019” sərgisi ilə paralel olaraq Bakı Ekspo Mərkəzində 12-ci Beynəlxalq “İstilik, Havalandırma, Kondisionerləşdirmə, Su təchizatı, Santexnika və Üzgüçülük hovuzu” (“Aquatherm Baku 2019”), 12-ci Xəzər Beynəlxalq “Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri” (“Securex Caspian”) və Xəzər Beynəlxalq “”Mebel, İnteryer və Dizayn” (“MebelExpo 2019”) sərgiləri keçirilib.

“BakuBuild” sərgisi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Dövlət Şəhərsalma və Memarlıq Komitəsi, Mənzil İnşaatı Dövlət Agentliyi, Azərbaycan Memarlar İttifaqı, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərgilərin təşkilatçısı “Caspian Event Organisers” şirkətidir. 




Tərəfdaşlar