EN
RU
Şəxsi kabinet
26-cı Azərbaycan Beynəlxalq İnşaat Sərgisi
21 - 23 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
bakubuild

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

İştirakçıların siyahısı

Sərgi qəzeti
BakuBuild - Smolensk Vilayətinin istehsalçıları yeni məhsullar təqdim edirlər
Media мərkəz » Xəbərlər

Smolensk Vilayətinin istehsalçıları yeni məhsullar təqdim edirlər
25.10.2019

Xəbərlər

Olqa Quryanova, “Beynəlxalq Kommunikasiyalar Agentliyi” (Rusiya) MMC-nin Baş direktoru

“Smolensk Vilayətində ixraca dəstək mərkəzi” Muxtar qeyri-kommersiya təşkilatı Smolensk Vilayətində kiçik və orta sahibkarlığa dəstək verən infrastruktur təşkilatlardan biridir və xarici bazara çıxmaqda Smolensk Vilayətinin istehsalçılarına dövlət dəstəyi göstərir. Mərkəz həmçinin Smolensk sahibkarlarının beynəlxalq sərgi və biznes-missiyalarında iştirakını təmin edir.

Bu gün bizim stenddə Smolensk Vilayətinin istehsalçıları inşaat sahəsi üçün yeni məhsul və həll variantlarını təqdim edirlər. Biz ümidvarıq ki, bu, Azərbaycan bazarında faydalı olacaq. Stend dörd şirkəti birləşdirir. “Alvid prof” şirkəti alüminium profillər istehsal edir. “Bel layt qrup” şirkəti işıq mənbələrinin istehsalı ilə məşğuldur. “FT kontrakt” şirkəti elektrik alətləri üçün aparat və istehlak materiallarının istehsalçısıdır. “Profilsistemspro” şirkəti suvaq işləri üçün materialları təmin edir.

Biz göstərdikləri dəstək və koordinasiyaya, eləcə də istənilən məsələnin həllindəki köməyə görə təşkilatçılara təşəkkür edirik. Biz məhsullarımıza maraq göstərən mütəxəssislər ilə əlavə görüşlər təşkil etmişik və ümidvarıq ki, bu görüşlər sazişlərin imzalanması ilə nəticələnəcək. Sərginin geniş platforması sənaye peşəkarlarını bir araya gətirir ki, bu da biznesin inkişafına kömək etməklə yanaşı, ölkələrimiz arasındakı əlaqələri də gücləndirir.




Tərəfdaşlar