EN
RU
Şəxsi kabinet
26-cı Azərbaycan Beynəlxalq İnşaat Sərgisi
21 - 23 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
bakubuild

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

İştirakçıların siyahısı

Sərgi qəzeti
BakuBuild - Bütün məhsullar Avropa standartlarına cavab verir!
Media мərkəz » Xəbərlər

Bütün məhsullar Avropa standartlarına cavab verir!
25.10.2019

Xəbərlər

Tural Əlizadə, “Bakı İnşaat Sənaye” ASC-nin İxrac-idxal departamentinin rəhbəri

Bizim şirkət 20 ildir ki, bazarda fəaliyyət göstərir. Şirkət inşaat üçün zəruri olan bütün metal materialların – profil, əymə, armatur və başqa məhsulların istehsalçısıdır. Bütün məhsullar Avropa standartlarına cavab verir. İş zavodumuzda emal edilən metal qırıntılardan başlanır və nəticədə yeni, keyfiyyətli məhsul istehsal edilir. Bizim sertifikatlar bunu sübut edir.

Biz daim dövlət layihələrində iştirak edir və müxtəlif məhsulları digər ölkələrə ixrac edirik. Beynəlxalq “BakuBuild 2019” sərgisində isə biz debüt edirik. Stendimizdə istehsal etdiyimiz məhsul çeşidləri təqdim edilir. Biz yeni işgüzar əlaqələr qurmaq və öz kommersiya təkliflərimizi uğurla təqdim etmək niyyətindəyik. Bu, müəssisənin nüfuzun gücləndirməyə kömək edir, sərginin bir çox ziyarətçisi isə bizim məhsulların brendini yadda saxlayacaq. Bundan başqa, Azərbaycanda bu sektorun və istehlakçıların bütün tələblərinə cavab verən keyfiyyətli məhsullar olduğunu göstərmək istəyirik. Mən sərginin təşkilati səviyyəsindən və müxtəlif ölkələri təmsil edən eksponentlərin iştirakından çox razıyam.

 




Tərəfdaşlar