![]() |
26-cı Azərbaycan Beynəlxalq İnşaat Sərgisi ![]() ![]() |
Aleksandr Malaxov, “Giraffe” şirkətində Marketinq şöbəsinin müdiri
Baş ofisi Çelyabinsk vilayətində yerləşən Rusiyanın “Giraffe” şirkətlər qrupu yükqaldırıcı avadanlıqların istehsalçısıdır. Şirkətin kran texnikaları arasında sənaye müəssisələri, anbarlar və terminal kompleksləri üçün maksimal yükgötürmə qabiliyyəti 8-16 ton olan üstdən fırlanan yastı başlıqlı qülləli kranlar, maksimal yükgötürmə qabiliyyəti 10 tona qədər olan başlıqlı qülləli kranlar, maksimal yükgötürmə qabiliyyəti 5 tona qədər olan sürətlə montaj edilən kranlar, yükləyici portal kranlar, körpülü və kətilli kranları daxildir. Həmçinin şirkət müxtəlif sənaye sahələri üçün xüsusi, mürəkkəb və seriyalı olmayan metal konstruksiyalar istehsal edir.
“Giraffe” şirkəti Rusiyanın hüdudlarından kənarda, o cümlədən Azərbaycanda yaxşı tanınır. Bu gün Bakıda “Kristal Absheron” şirkətinin inşaat sahələrində beş ədəd kranımız istismar olunur. Qeyd etməliyəm ki, biz tərəfdaşlarımızdan çox yüksək rəylər alırıq.
Biz “BakuBuild” sərgisində debüt edirik. Sərgi ümidlərimizi artıqlaması ilə doğruldur və ən xoş təəssüratlar yaradır. Biz Azərbaycanın inşaat bazarında mövqeyimizi gücləndirməyi əsas məqsəd kimi qarşıya qoyaraq, daha irəli getdik və digər dövlətlərin şirkətləri ilə yaxşı perspektivli əlaqələr qurduq. Xüsusən də qeyd edə bilərəm ki, sərginin ilk iki iş günü ərzində 50-dən artıq diqqətə layiq görüşün təxminən 30-40 faizini İran təmsilçiləri ilə əməkdaşlıq perspektivlərinin müzakirəsi təşkil edib.