![]() |
26-cı Azərbaycan Beynəlxalq İnşaat Sərgisi ![]() ![]() |
Cəlal İsmayılov, “United construction” (Azərbaycan) şirkətinin direktoru
Bizim milli “BakuBuild” inşaat sərgisi həmişə sektorun bir çox aparıcı şirkəti ilə tanış olmaq üçün əla imkan yaradır. Belə tədbirlərin əsas üstünlüyü də budur. Hesab edirəm ki, sərgidə iştirak şirkət üçün yaxşı reklamdır. Yeni iştirakçılar ilə tanış olmaq, məhsulları nəzərdən keçirmək, yeni texnologiyaları tanımaq və onlar haqqında kifayət qədər məlumat almaq həmişə maraqlıdır.
Sərgi yüksək səviyyədə təşkil edilib! Daimi ziyarətçi kimi xarici şirkətlərin sayının əhəmiyyətli dərəcədə artdığını dərhal hiss etdim və bu, yaxşı göstəricidir. Gələcəkdə iştirakçılar arasında daha çox sayda iri şirkət görmək istərdim. Onlar həmişə bu sektorun inkişafına təsir edən yeni məhsulların, yeni həll variantlarının geniş çeşidinə malik olur.