EN
RU
Şəxsi kabinet
26-cı Azərbaycan Beynəlxalq
İnşaat Sərgisi

21 - 23 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
bakubuild

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

İştirakçıların siyahısı

Videoqalereya
BakuBuild - Türkiyə ilə Azərbaycan arasında ticarət əlaqələrinin inkişafı
Media мərkəz » Xəbərlər

Türkiyə ilə Azərbaycan arasında ticarət əlaqələrinin inkişafı
24.10.2019

Xəbərlər

Əbubəkir Beyli, “Elbe Endustri” şirkətinin Baş direktoru

Şirkət beş sektorda fəaliyyət göstərir və sənaye sektorunda 45 illik təcrübəyə malikdir. Şirkət metal və alüminiumdan sənaye məhsulları qrupunu istehsal edir. Yeni investisiyalar və keyfiyyətli həll variantları sayəsində bu sahədə əminliklə irəliləyirik. Dünya dayanmadan dəyişir və gələcək texniki yeniliklərə əsaslanır. Biz tez-tez sərgilərdə iştirak etsək də, “BakuBuild” sərgisində debüt edirik. İştirakımızın məqsədi yerli bazarda şirkətimizi tanıtmaq və Türkiyə ilə Azərbaycan arasında ticarət münasibətlərini inkişaf etdirməkdir. Fürsətdən istifadə edərək, təşkilatçı və iştirakçıları Azərbaycan Beynəlxalq “İnşaat” sərgisinin mötəbər yubileyi münasibəti ilə təbrik edirik. Biz bu tədbirin təşkilatçılığını bəyəndik. Sərginin ilk iş günü ərzində artıq yeni əlaqələr qurmağa nail olmuşuq.

Bu gün stendimizdə müxtəlif növ məhsulları təqdim edirik. Bunlar iş şəraitində, inşaatda istifadə edilmək üçün nəzərdə tutulmuş sənaye təyinatlı nərdivanlardır. Həmçinin biz ev üçün nərdivanlar da təklif edirik. Biz sifarişçilərimizin həyatını asanlaşdıran və işin  keyfiyyətini yaxşılaşdıran məhsullarımızın etibarlığına zəmanət veririk.

 



2020 üçün yerlərini təsdiq edən şirkətlər

Tərəfdaşlar